ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Üz-Çənə Cərrahiyyəsi


Üz-çənə cərrahiyyəsi üz-çənə nahiyəsinin iltihabi proseslərinin, travmatik zədələnmələrinin, andangəlmə və qazanılma qüsur və deformasiyalarının, xoş və bədxassəli yeni törəmələrinin etiologiyasını, patogenezini öyrənən, müalicə və diaqnostikasını həyata keçirən cərrahiyyənin mühüm bir sahəsidir.

Hospitalımızda üz-çənə cərrahiyyəsi sahəsində aparılan tədbirlər təcili və planlı olmaqla üz-çənə və boyun
nahiyəsinin odontogen (diş mənşəli) və qeyri-odontogen iltihabi proseslərinin müalicəsini, üz-çənə nahiyəsinin yumşaq və sərt toxumalarının travmatik zədələnmələrinin, üz skeleti sümüklərinin sınıqlarının operativ müalicəsini, tüpürcək vəzilərinin xəstəliklərinin cərrahi müalicəsini, gicgah-çənə oynağı xəstəliklərinin müalicəsini, anadangəlmə dodaq və damaq yarıqlarının bərpasını, diş-çənə sistemi anomaliyalarında aparılan ortoqnatik əməliyyatlarını (çənənin önə və arxaya çəkilməsi), üz-çənə nahiyəsinin plastik və rekonstruktiv əməliyyatlarını özündə birləşdirir.


Ortoqnatik cərrahi xəstələrində müalicə ortodontist və üz çənə cərrahı tərəfindən birlikdə həyata keçirilir. Dişlərdəki uyğunsuzluqlar - eyriliklər həkim-ortodont tərəfindən yerləştirilən breket və apereylərlə, sümükdəki uyğunsuzluqlar isə ağız, diş və çənə cərrahının məşğul olduğu cərrahi sahədən olan ortoqnatik cərrahiyyə ilə çənə cərrahları tərəfindən aradan qaldırılır.


Mərkəzi Gömrük Hospitalı üz-çənə cərrahiyyəsində mikrocərrahiyyə metodlarını, sümük distraksiyasının vitrual modelləşdirmə və digər müasir müyinə və müalicə üsullarının tətbiqini uğurla həyata keçirməkdədir.


Üz-çənə cərrahiyyə növləri:


  • Çeynəmə problemlərinin düzəldilməsi
  • Ortognatik cərrahiyyə
  • Çənə-Üz sınıqlarının bərpası


Stomatoloji cərrahiyyə 


  • Dental implant cərrahiyyəsi
  • Dentoalveolar cərrahiyyə
  • Ağıl dişlərin cərrahiyyəsi
  • Çənədəki kista və xoş xasseli şişlərin cərrahiyyəsi
  • Apikal rezeksiya
  • Ağız boşlugu selikli qişa xəstəliklərinin müalicəsi


Rekonstruktiv cərrahiyyə 


Çənələrdəki diş əksikliği olan bölgələrdə zamanla sümük əriməsi dediğimiz atrofiya meydana gəlməktədir. Bu hal gələcəktə diş implantlarının qoyulmasına ehtiyac olduğunda sümüyün keyfiyyətini və miqdarını azaltmaqdadır. Diş çəkilməsindən uzun müddət keçdikdən sonra dişşiz bölgədə sümükdə ərimə prosesi gedir və bu ərimə gələcəkdə dental implantasiyanın həyata keçirilməsini çətinləşdirir.

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Ülviyyə Məmmədova

t.f.d., uzman, üz-çənə cərrahı