HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Rəşad Mahmudov, t.e.d.

ürək-damar cərrahı

Gündə 100 min, ildə 36 milyon dəfə döyünən ürəyimizin sağlamlığı həyatımızın varlığıdır! Ürəyinizin hər zaman sağlam döyünməsi naminə var gücümüzlə xidmətinizdəyik!

İcra etdiyi əməliyyatlar: Neonatal və Pediatrik ürək cərrahiyyəsi, Aort cərrahiyyəsi, Qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, Minimal invaziv ürək cərrahiyyəsi, TAVİ

Təhsil

Universitet təhsili

  • 1991-1997

9 Eylül Universiteti, Tibb fakültəsi 


Diplomdansonrakı təhsil

  • 1997-2003

Uzmanlıq təhsili

Ege Universiteti, Ürək və damar cərrahiyyəsi kafedrası 

  • 2007-2015 

Doktorantura

M.A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutu, Ürək-damar Cərrahiyyəsi şöbəsi 

İş təcrübəsi və nailiyyətlər

  • 2004-2005 Türkiyə  Cümhuriyyəti “Kent Xəstəxanası”, ürək və damar cərrahı

  • 2005-2017 Mərkəzi Neftçilər Xəstəxanası, ürək və damar cərrahı, ürək və damar xəstəlikləri şöbəsinin müdiri

  • 2017-2018 Respublika Müalicəvi Diaqnostika Mərkəzinin“Elmi Tədqiqat İşləri” üzrə direktor müavini, Bakı Ürək Mərkəzi, ürək və damar cərrahı

  • 2018- Mərkəzi Gömrük Hospitalı “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi 

 

Elmi dərəcə

  • 2006 Ali Attestasiya Komissiyası tərəfindən “Tibb üzrə Fəlsəfə Doktoru” elmi dərəcəsi
  • 2015 Ali Attestasiya Komissiyası tərəfindən “Tibb Elmləri Doktoru” elmi dərəcəsi

 

Elmi işlər

  • 75-dən çox çap olunmuş elmi məqalələr 

 

Kitablar

  • 1999  “Aort Cərrahiyyəsi” kitabında həmmüəlliflik – Türkiyə Cümhuriyyəti
  • 2014  “Trikuspid Qapaq Cərrahiyyəsi”  kitabında həmmüəlliflik - Italiya

 

Mükafatlar

  • 2006  Azərbaycan Respublikasının Prezidenti tərəfindən   “Tərəqqi medalı”

  • 2009  “Heydər Əliyev Fondu”nun Prezidenti tərəfindən  “Qızıl Çinar” mükafatı

  • 2014  Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar Həkim” fəxri adı

  • 2019  Azərbaycan Respublikasının Prezidenti tərəfindən  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşdur

  • 2019 Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.

  • 2022 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 

  • 2023 Özbəkistan Respublikası Namangan Dövlət Universitetinin "Fəxri Professoru" adı verilib.

  • 2024 “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 


İştirak etdiyi tədbirlər

 

İxtisasartırma kursları

  • 1997-2018  60-dan çox milli və beynəlxalq elmi konfranslarda iştirak
  • 2001-2018  40-dan çox milli və beynəlxalq elmi konfransların təşkili
  • 2020  Azərbaycan Kardiologiya Cəmiyyətinin IX Milli konqresi, Azərbaycan, Bakı. Onlayn 
  • 2022 Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkilatçılığı ilə  III Milli Nefroloji, Dializ və Transplantologiya konqresi.  Azərbaycan, Bakı. 

  • 2022 Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Ürək çatışmazlığında yeniliklər" konqresi, Azərbaycan, Bakı.  

  • 2022 Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə  keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresi. Türkiyə, Antalya şəhəri. 

  • 2022 “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans. Azərbaycan, Bakı şəhəri

  • 2022 “PCRValve2022" samittində iştirak edib. Böyük Britaniya, London şəhəri.

  • 2023 CORCYM şirkətinin təşkilatçılığı ilə keçirilən “Ürək mühəndisliyi: Əbədi xidmət üçün hazırlanıb: müxtəlif texnologiyaların köməyi ilə səbirli səyahət” adlı beynəlxalq tədbir. İtaliya, Verona şəhəri.

  • 2023 VII  Dünya Ürək Çatışmazlığı Konqresi. Türkiyə, Antalya şəhəri. 

  • 2023 Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 5-ci İnvaziv Kardiologiya konqresində iştirak edib. Azərbaycan, Bakı şəhəri. 

  • 2023 Türkiyə Ürək və Sağlamlıq Fondunun, Dünya Ürək Federasiyasının və Amerika Ürək Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 19-cu Kardiologiya və Kardiocərrahiyyədə Yeniliklər Beynəlxalq konqresi. Türkiyə, İstanbul şəhəri. 

  • 2023 Hacettepe Universitetinin Azərbaycandakı Baş ofisi olan İncir And Global Healtsh şirkətinin və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

  • 2024 Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Kardiologiyanın aktual problemləri" mövzusunda Beynəlxalq konfransda “Xroniki stabil isemik ürək xəstələrində revaskulyarizasiyaya göstərişilər: Kimə və nə üçün?” mövzusunda çıxış edib. 

  • 2024 Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə 18-ci Milli Konqresində Türk Dünyası ölkələrinin Ürək-Damar Cərrahiyyəsi Birliyinin təsis toplantısı. Türkiyə, Antalya şəhəri

Peşəkar cəmiyyətlərdə üzvlük


  • Avropa Kardio-Torakal Cərrahiyyə Cəmiyyəti
  • Türk Ürək-Damar Cərrahiyyəsi  Dərnəyi
  • Turkiyə Ürək və Sağlamlıq Fondu
  • Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası (təsisçisi və sədri)
  • Azərbaycan Tibb Assosiasiyası (idarə heyətinin sədri)