ORQAN TRANSPLANTASİYASI

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Orqan Transplantasiyası


Ən müasir cərrahi texnologiyalarla seçilən Mərkəzi Gömrük Hospitalında Сərrahiyyə və orqan transplantasiyası şöbəsi müvəffəqiyyətlə öz fəaliyyətini davam etdirir.


İnnovativ tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxana, beynəlxalq keyfiyyət standartlarına uyğun tibbi xidmət, yüksək ixtisaslı, peşəkar cərrah-transplantoloqlar komandasının gərgin əməyi sayəsində Hospitalımızda orqan transplantalogiyası yüksək inkişaf mərhələsinə çatdırılmışdır. Müasir təbabətin ən mürəkkəb cərrahi əməliyyatlarından sayılan böyrək və qaraciyər transplantasiyası əməliyyatları Hopsitalımızda həftə ərzində bir neçə dəfə həyata keçirilir ki, bu da tibb müəssisənin ən yüksək hazırlıq səviyyəsinin göstəricisidir.

 

Eyni zamanda şöbədə böyüklərdə və uşaqlarda öd kisəsi və öd yolları, mədəaltı vəzi və ümumiyyətlə mədəbağırsaq sistemində ənənəvi və laparoskopik üsullarla cərrahi əməliyyatları da həyata keçirilir.

 

Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqları tərəfindən müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb


Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqları tərəfindən həm böyüklərə, həm də uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla icra olunur. Əməliyyatdan əvvəl və sonrakı periodlarda cərrah-transplantoloqlarla yanaşı pasiyentlərə ixtisaslaşmış qastroenteroloq, hepatoloq, nefroloq, eləcə də uşaq hepatoloqu, uşaq nefroloqu tərəfindən ixtisaslaşmış xidmətlər göstərilir.   


2025-ci ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyər köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb. 


Sevindirici haldır ki, 2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.
12 dekabr 2008-ci ildə Azərbaycan Respublikası və regionda ilk dəfə qaraciyər transplantasiyası və bu günə qədər 1500-ə yaxın insan üzərində orqan transplantasiyası icra edən komanda  Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində uğurla fəaliyyət göstərir. 


Uşaq üzərində kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət briqadanın olması ən kiçik yaş qrupundan olan uşaqlarda da transplantoloji xidmətin göstərilməsinə şərait yaradır. Məhz bu səbəbdən də komandamız tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası uğurla həyata keçirilib. Qürurverici haldır ki, dünya ədəbiyyatında da qəbul olunmuş, eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlıdan qaraciyər transplantasiyası Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən ilk dəfə icra olunub. 


Donoru olmayan xəstələrə əməliyyat oluna bilmə şansının verilməsi üçün ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılmışdır. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən icra olunub.

 

Şöbədə aşağıdakı əməliyyatları həyata keçirir:

 

  • Böyüklərdə və uşaqlarda qaraciyər və böyrək köçürmələri
  • Qohum donordan uşaqlara qaraciyər köçürülməsi
  • Qohum donordan böyüklərə və uşaqlara böyrək köçürülməsi
  • Böyüklərdə və uşaqlarda orqan transplantasiyasına hazırlıq mərhələsində edilən əməliyyatlar

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Mircəlal Kazımi

t.f.d., uzman, ümumi cərrah, transplantoloq

Dr. Kamran Beydullayev

m.r.c.s., ümumi cərrah,

transplantoloq

Dr. Hacı Rəsulzadə

ümumi cərrah,

transplantoloq