OTORİNOLORİNQOLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Otorinolorinqologiya


Hospitalımızda qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicəsi beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirilir. Xaricdə tibbi təhsil almış mütəxəssislərimiz burun çəpəri əyriliyi, burun balıqqulaqlarında aparılan əməliyyatlar, tonzillektomiya, adenoidektomiya, xoruldama cərrahiyyəsi, endoskopik sinus cərrahiyyəsi, qulaq pərdəsi təmiri, eşitmə azlığı, qulaq iltihablarının mualicəsinə dair əməliyyatlar, qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqoloji əməliyyatlar), səsin korreksiyası, funksional və estetik burun əməliyyatları, tənəffüs yollarının və qida borusunun yad cisimlərinin çıxarılması, anadangəlmə üz və damaq qüsurlarının aradan qaldırılması, xoana atreziyalarının aradan qaldırılması kimi əməliyyatları icra edirlər.

 

Respublikamızda ilk dəfə olaraq 2012-ci ildə koxlear implantasiya əməliyyatı məhz Mərkəzi Gömrük Hospitalında uğurla həyata keçirilmişdir.

 

Son 15 il ərzində Нospitalımızda 2200-dən artıq QBB əməliyyatı icra olunmuşdur.

 

Hospitalda həyata keçirilən Qulaq-Burun-Boğaz cərrahi xidmətlər:

 

  • Burun çəpəri əyriliyi
  • Burun balıqqulaqlarında aparılan əməliyyatlar
  • Tonzillektomiya
  • Adenoidektomiya
  • Xoruldama cərrahiyəsi
  • Endoskopik sinuzit cərrahisi
  • Gözyaşı kanalı tıxanıqlığı
  • Qulaq pərdəsi təmiri
  • Eşitmə azlığı
  • Qulaq iltihablarının mualicəsinə dair əməliyyatlar
  • Qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqologi əməliyyatlar, səsin korreksiyası)
  • Funksiyonal və estetik burun əməliyyatları
  • Tənəffüs yollarının və qida borusunun yad cisimlərinin çıxarılması
  • Anadangəlmə üz və damaq qüsurlarınin aradan qaldırılması
  • Xoana atreziyalarının aradan qaldırılması

 

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.