İNVAZİV KARDİOLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

İnvaziv Kardiologiya


Mərkəzi Gömrük Hospitalının İnvaziv Kardiologiya sahəsində diaqnostika və müalicə məqsədli poliklinik xidmətlər, koronar intensiv terapiya və ürək kateterizasiyası, koronar angioqrafiya laboratoriyası, mütəxəssis həkim, tibb bacısı və texniklər xidmətinizdədir.

 

İNVAZİV (Müdaxiləvi) Kardiologiya

Ürək damar xəstəliklərinin diaqnostikasında istifadə edilən ən əhəmiyyətli üsul olan Koronar Angioqrafiya və damar xəstəliyi müşahidə edildikdə koronar angioqrafiya radial arteriyadan daxil olunaraq ürəyi gidalandıran damarların göstərilməsi əməliyyatıdır. Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub olmadığı müəyyən olununur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. 

KORONAR İNTENSİV TERAPİYA

Koronar İntensiv Terapiya blokunda, tam təchizatlı monitor sistemi olan və xüsusi təhsilli tibb bacılarının xidmət etdiyi otaqlar vardır. Lazım olduğu təqdirdə şok vəziyyətində olan xəstələrə ürəyin gücünü artırmaq məqsədi ilə intraaortik balon pompası və ürək blokadalarında müvəqqəti elektrokardiostimulyator tətbiq oluna bilər.

EXOKARDİOQRAFİYA (ExoKQ)

Ürəyin ultrasəs cihazı vasitəsi ilə boşluqları, qapaqları və ürək əzələsinin yığılma funksiyasına baxılır. Ayrıca süni ürək qapaqlarının funksiyasını və ürək içindəki laxtanı (trombu) görmək üçün Transezofagial exokardioqrafiya (TEE=yemək borusundan girilərək) edilməkdədir. Ürək əzələsinin canlılığının müəyyən olunması və yığılma funksiyalarının qiymətləndirilməsi üçün damardan Dobutamin kimi xüsusi dərmanlar verilərək Dobutamin Stress Exokardioqrafiya metodundan istifadə edilməkdədir.

HOLTER

Xəstəyə taxılan xüsusi bir cihaz sayəsində, 24 saatlıq elektrokardioqrafiya təqibi edilərək ritm pozulması (aritmiya) diaqnozu qoyulur. Fiziki Aktivlik Testi (Stress Test) Tac Arteriyaların Xəstəliyi (İşemik urək xəstəliyi) diaqnozunun qoyulmasında, müalicə edilən xəstələrin təqibində və ürək qapağı xəstələrinin fiziki aktivlik dərəcəsinin müəyyən olunmasında istifadə edilən bir üsuldur.

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.