TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA
Travmatologiya və Ortopediya
Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin yüksək ixtisaslı travmatoloq-ortopedləri tərəfindən dayaq-hərəkət aparatının müxtəlif zədələnmələri və ortopedik xəstəliklərinin diaqnostikası və müalicəsində müasir metodlardan istifadə edilir. Bu yanaşma pasiyentlərə yüksək texnologiyalı tibbi xidmət göstərməyə imkan verir.
Travmatologiya və Ortopediya şöbəsinin zəngin təcrübəyə malik tibb heyəti müxtəlif ağırlıqlı yaralar, çıxıqlar, yer dəyişmələrlə müşayiət olunan sınıqlar, eləcə də dayaq-hərəkət aparatının digər travmatik zədələnmələri və xəstəliklərinin nəticələri ilə müraciət edən bütün pasiyentlərə təcili və planlı tibbi yardım, diaqnostik və müalicəvi travmatoloji-ortopedik xidmətlər göstərirlər.
Şöbənin travmatoloq-ortopedləri geniş spektrli cərrahi müdaxilələr həyata keçirirlər. Buraya ətrafların yumşaq toxumalarının bütün növ travmatik zədələnmələrinin müalicəsi, oynaqdaxili və oynaqdan kənar digər patoloji dəyişikliklərin aradan qaldırılması, sınıqların və çıxıqların qapalı reduksiyası, immbolizasiya üçün müxtəlif növ sintetik “gips” sarğılardan istifadə daxildir.
Bundan əlavə, bütün növ müasir sümük əməliyyatları, o cümlədən minimal invaziv və böyük oynaqların artroplastikası, endoprotez komponentlərinin aşınması və qeyri-sabitliyi zamanı revizion bud-çanaq və diz oynaqlarının artroplastikası, müxtəlif patologiyalar üçün diz oynağının artroskopik cərrahiyyəsi (o cümlədən ACL, PCL zədələnmələri), halluks valgus və “çəkic barmaqlar”, deformasiyalar üçün ayaqlarda korreksiyaedici əməliyyatlar icra edilir.
Travmatologiya şöbəsində müasir texnologiyalar vasitəsilə dayaq-hərəkət aparatının bütün növ zədələnmələrinin konservativ və cərrahi müalicəsi həyata keçirilir. Hər bir ortoped-travmatoloqumuz çoxsaylı təcili və nisbətən sadə müdaxilələrdən tutmuş yüksək texnologiyalı, çox saatlıq əməliyyatlara qədər planlaşdırılmış cərrahiyyə əməliyyatlarını uğurla yerinə yetirir.
Ümumi diaqnostika
Artroskopik diaqnostika və cərrahi əməlliyatlar
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.