SIĞORTA XİDMƏTLƏRİ

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Sığorta Xidmətləri


Uzun illərdir ki, Mərkəzi Gömrük Hospitalının ölkədə fəaliyyət göstərən aparıcı sığorta şirkətləri ilə etibarlı və səmimi partnyorluq əlaqələri davam edir. Bu möhkəm əlaqələr sığorta şirkətlərinin müştərilərinə pasiyent məmnunluğu naminə təqdim etdiyimiz keyfiyyətli, peşəkar və yüksək səviyyəli tibbi xidmətlər sayəsində mümkün olmuşdur.


Hər bir sığortalanmış şəxsə və onun birinci dərəcələri ailə üzvlərininə bütün növ tibbi xidmətlərimizə güzəştlər təklif edilir.


Gülərüz, qayğıkeş personalımız tərəfindən Hospitalda sığortalı pasiyentlərə davamlı olaraq 24 saat ərzində yüksək səviyyəli ixtisaslaşmış, müasir tələblərə cavab verən tibbi xidmət göstərilir.


Bundan əlavə Hospitalda sığorta xətti ilə müxtəlif idarə, təşkilat və şirkət işçilərinin dövri tibbi müayinələrdən keçmələri təşkil edilir və müxtəlif endirimli check-up paketləri təklif olunur. 


10 il ərzində Hospitala 27 mindən artıq sığortalı xəstə müraciət etmiş və onlara 416 mindən artıq tibbi xidmət göstərilmişdir.  

İlahə Hüseynova

sığorta şöbəsinin rəisi

Mərkəzi Gömrük Hospitalının sığorta şöbəsinin peşəkar işçiləri 24 saat ərzində ölkəmizdə və onun hüdudlarından kənarda yerləşən sığorta şirkətlərinin xəstələrinə artıq uzun illərdir ki uğurla xidmət göstərməkdədir.


SIĞORTA PARTNYORLARIMIZ