PATOMORFOLOGİYA
Patomorfologiya
Patomorfoloji diaqnostika şöbəsində histoloji, histokimyəvi, immunohistokimyəvi, immunoflüoresent müayinələri 3 peşəkar həkim-patomorfoloq tərəfindən həyata keçirilir.
Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı aparılır. Müayinələr incə iynə biopsiya üsulu ilə ğötürülən toxumalarda işlənilir. İncə iynə tikələri Leica Frozen cihazı ilə kəsilib hazırlanır. İmmunofluoresent və immunohistokimiya müayinələri Leica DM 2500 mikroskop vasitəsi ilə aparılaraq yüksək dəqiqliyə malik olan nəticələri əldə etməyə imkan verir.
İmmun rənglənmələr Leica BONDMax Biosystem cihazı ilə həyata keçirilir. Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur.
Patomorfoloji kabinetdə müayinələr Leica CM 1100 (Almaniya), Sacura ACCU-CUT (Yaponiya) mikrotomlarda, Nipon Eclipse 50 İ mikroskoplarda aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.
Əməliyyat zamanı əvəzedilməz sayılan frozen section müayinəsi patomorfoloqlarımız tərəfindən uğurla həyata keçirilir.
Bizim Patomorfoloji diaqnostika şöbəsinin laboratoriyasında aparılan müayinələr:
SİTOLOJİ DİAQNOSTİKA
BİOPSİYALAR
FROZEN SECTION - cərrahi əməliyyat zamanı təcili (15-20dəq. ərzində) aparılan patohistoloji müayinə
İMMUNOHİSTOKİMİYA REAKSİYALARI
HİSTOKİMYA METODLARI
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.
şöbə rəisi, uzman, patomorfoloq
patomorfoloq
Dr. Emin Mirzəyev
patomorfoloq