NEFROLOGİYA VƏ

EFFERENT TERAPİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nefrologiya və Efferent Terapiya


Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi uğurla həyata keçirir

 

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya Şöbəsində böyrək xəstəliklərinin diaqnostikası, müalicəsi və ağırlaşmalarının idarə olunması üzrə ixtisaslaşmış tibbi xidmət göstərilir. Şöbədə nefroloji və efferent terapiyaya ehtiyacı olan pasiyentlər üçün təcili və planlı hospitalizasiya, poliklinik və gündüz stasionarı xidmətləri təqdim olunur.
Şöbənin fəaliyyətinin əsas istiqamətlərinə kəskin və xroniki böyrək xəstəlikləri, böyrək çatışmazlığı, qlomerulyar xəstəliklər, dializlə bağlı ağırlaşmalar, böyrək transplantasiyasına hazırlıq və transplantasiyadan sonrakı tibbi nəzarət daxildir.

 

Poliklinik xidmətlər

 

  • Pasiyentlərin ambulator şəraitdə müayinə və müalicəsi, xəstəliyin dinamik müşahidəsi və fərdi müalicə planının müəyyənləşdirilməsi həyata keçirilir.
    Bu istiqamətdə:
    •    diabetlə əlaqəli böyrək zədələnmələrinin diaqnostikası və müalicəsi;
    •    arterial hipertenziya zamanı böyrək funksiyasının qiymətləndirilməsi və müalicəsi;
    •    qlomerulonefritlər və digər qlomerulyar xəstəliklərin müalicəsi;
    •    kəskin və xroniki böyrək zədələnmələrinin diaqnostikası və müalicəsi;
    •    böyrək transplantasiyası olunmuş pasiyentlərin mütəmadi tibbi nəzarəti;
    •    digər nefroloji xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.

 

Stasionar müalicə

 

  • Şöbədə mürəkkəb və stasionar nəzarət tələb edən nefroloji vəziyyətlər zamanı ixtisaslaşmış tibbi yardım göstərilir. Buraya:
    •    kəskin böyrək zədələnmələrinin müalicəsi;
    •    xroniki böyrək çatışmazlığının kəskinləşməsinin idarə olunması;
    •    hemodializ və peritoneal dializ alan pasiyentlərdə yaranan ağırlaşmaların müalicəsi;
    •    böyrək biopsiyasının aparılması;
    •    qlomerulyar xəstəliklər zamanı immunosupressiv müalicənin tətbiqi;
    •    digər mürəkkəb nefroloji vəziyyətlərin müalicəsi daxildir.

 

Hemodializ və böyrəkəvəzedici müalicə

 

  • Tibbi göstərişlərə əsasən, kəskin böyrək zədələnməsi və xroniki böyrək xəstəliyinin son mərhələsində olan pasiyentlərə hemodializ müalicəsi həyata keçirilir.

Şöbədə həmçinin:
•    qısamüddətli və uzunmüddətli hemodializ kateterlərinin yerləşdirilməsi;
•    uzunmüddətli hemodializ kateterləri ilə əlaqəli stenozların müalicəsi;
•    dializ zamanı və sonrasında yaranan arterial hipotenziya, hipertenziya, qaşınma və digər ağırlaşmaların müalicəsi     

      həyata keçirilir.

 

Reanimasiya və intensiv nefroloji yardım

 

Ağır vəziyyətdə olan pasiyentlərə intensiv nefroloji yardım göstərilir. Zəruri hallarda pasiyentin klinik vəziyyətinə uyğun olaraq aralıq və fasiləsiz hemodializ, peritoneal dializ, hemosorbsiya, hemodiafiltrasiya və plazmaferez kimi müalicə üsullarından istifadə olunur.

Bu yanaşmalar xüsusilə kəskin böyrək zədələnmələri və ağır metabolik pozğunluqlar zamanı böyrək funksiyalarının dəstəklənməsinə və pasiyentin vəziyyətinin stabilləşdirilməsinə yönəldilir.

 

Böyrək transplantasiyasına hazırlıq və transplantasiyadan sonrakı nəzarət

 

Şöbədə böyrək transplantasiyası planlaşdırılan pasiyentlərin əməliyyata hazırlığı, zəruri tibbi qiymətləndirilməsi və transplantasiyadan sonrakı müalicəsi həyata keçirilir. Transplantasiya olunmuş pasiyentlər mütəmadi tibbi nəzarətdə saxlanılır, böyrək funksiyaları qiymətləndirilir və müalicənin effektivliyi izlənilir.

 

 

Efferent terapiya

Şöbədə qanın tərkibindəki müəyyən maddələrin və arzuolunmaz komponentlərin xüsusi tibbi üsullarla xaric edilməsinə əsaslanan ekstrakorporal müalicə metodlarından da istifadə olunur. Tibbi göstərişlərə uyğun olaraq plazmaferez, hemosorbsiya, hemodiafiltrasiya və digər efferent terapiya üsulları tətbiq edilir.

 

Şöbənin əsas məqsədi

 

Nefrologiya və Efferent Terapiya Şöbəsinin əsas məqsədi böyrək funksiyalarının mümkün qədər qorunması, xəstəliklərin ağırlaşmalarının qarşısının alınması, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması və böyrəkəvəzedici müalicəyə ehtiyac yarandıqda onun vaxtında və düzgün şəkildə həyata keçirilməsini təmin etməkdir.

 

Şöbədə müasir diaqnostik və müalicə yanaşmaları əsasında hər bir pasiyentin klinik vəziyyətinə uyğun fərdi tibbi taktika müəyyənləşdirilir.

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.