Etibarınızı daim doğrultmağa çalışırıq!
GÜVƏNDİYİNİZ TİBBİ XİDMƏT
Mərkəzi Gömrük Hospitalına xoş gəlmişsiniz!
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş Mərkəzi Gömrük Hospitalı 10 ildən artıqdır ki, əhalimizə yüksəkixtisaslı və peşəkar tibbi xidmət göstərir.
Bu gün xəstəxanamızda tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir.
Hospitalımız dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunub. Lakin, ən böyük dəyərimiz burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərimizdir.
Fəaliyyət göstərdiyimiz sahədə liderliyi saxlamaq şərəfli və eyni zamanda böyük zəhmət tələb edən bir vəzifədir. Bunun üçün biz, təkcə əldə etdiyimiz nailiyyətlərimizlə kifayətlənmirik, öz imkanlarımızı davamlı olaraq genişləndiririk.
Etibarınızı daim doğrultmağa çalışırıq!
Bu gün xəstəxanamızda tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir.
Hospitalımız dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunub. Lakin, ən böyük dəyərimiz burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərimizdir.
Fəaliyyət göstərdiyimiz sahədə liderliyi saxlamaq şərəfli və eyni zamanda böyük zəhmət tələb edən bir vəzifədir. Bunun üçün biz, təkcə əldə etdiyimiz nailiyyətlərimizlə kifayətlənmirik, öz imkanlarımızı davamlı olaraq genişləndiririk.
Etibarınızı daim doğrultmağa çalışırıq!
Poliklinika
Hospitalda işləyən peşəkar həkimlərin - terapevt, pediatr, ginekoloq, cərrah, oftalmoloq, kardioloq, nefroloq, travmatoloq, LOR, stomatoloq və digərlərin ambulator qəbuluna yazıla bilərsiniz.
Stasionar
Pasiyentlərin stasionarda rahatlığı və effektiv müalicəsi üçün komfortlu standart və VİP palatalar mövcuddur. Xəstələrin yaxınlarının da qalması üçün tam şərait yaradılıb.
Sağlamlığınızın keşiyində
Mərkəzi Gömrük Hospitalı öz tibbi heyətinin dünya səviyyəli peşəkarlığı, zəngin innovativ tibbi təchizatı, pasiyentlərinə individual yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə Azərbaycanın ən müasir və qabaqcıl səhiyyə ocaqları arasında özünəməxsus şərəfli bir yer tutur.
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!
Peşəkarlıq
Həkimlərimizin peşəkarlığı Hospitalda pasiyentlərə göstərilən tibbi xidmətin yüksək keyfiyyətinin və xəstələrin məmnun qalmaqlarının zəmanətidir.
Qayğıkeşlik
Hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərmək qayğıkeş mütəxəssislər komandamızın əsas iş prinsipidir.
Yüksək səviyyə
Düşünülmüş infrastruktur, müasir tibbi təchizat və təlimləndirilmiş personal Hospitalda göstərilən xidmətin ümumi yüksək səviyyəsini təmin edir.
Mərkəzi Gömrük Hospitalında xidmət göstərən peşakar həkimlərimiz hər gün Sizin sağlamlığınızın keşiyindədir.
Həkim qəbuluna yazıl
Hospitalda bütün cərrahi, terapevtik və diaqnostik ixtisaslar üzrə fəaliyyət göstərən peşəkar həkimlərin qəbuluna yazıla bilərsiniz. Həkimlərimizin qəbuluna aşağıda göstərilən formanı doldurub, ya da (012) 404-08-08 telefon nömrəmizə zənq vurub düşə bilərsiniz.
RƏYLƏRİNİZ
Tam səmimiyyətlə deyə bilərəm ki, burada insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı, pasiyentlərə xoş rəftar və diqqət haqlı olaraq Mərkəzi Gömrük Hospitalı haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikalarından geri qalmır.
Sahibə Qafarova
MİLLİ MƏCLİSİN DEPUTATI
Mən ilk dəfə “Gömrük” xəstəxanasında xəstələrə yüksək səviyyədə diqqətin və qayğının şahidi oldum. Mən böyük minnətdarlıqla sağlamlığım üçün müraciət etdiyim savadlı, təcrübəli doktorlara və onları əhatə edən mehriban tibb bacılarına “çox sağ olun” deyirəm.
Məhərrəm Əsədov
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Texniki İdarəsinin rəisi
Mən bir çox xarici dövlətlərdə müalicə və müayinə olmuşam, o cümlədən, Almaniya, İsrail, Rusiya kimi tibbin inkişaf etmiş dövlətlərində. Gömrük Hospitalının Laboratoriyasında aparılan analiz bu dövlətlərin hospitalları ilə müqayisə ediləndir. Ona görə bu Laboratoriyanın bütün əməkdaşlarına, rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Haqverdi Allahverənov
Müdafiə Sənayesi Nazirliyində şöbə rəisi