HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Tükəzban Abdullayeva

həkim-sonoloq

Bir dövlətin xoşbəxtliyi və gücünün təməli onun millətinin sağlamlığıdır. Mənim həkim olaraq həyatdakı amalım bu sağlamlığın qeydinə qalmaqdır. Bunu da mən sahəm üzrə qazandığım bilik və təcrübəmlə layiqincə yerinə yetirirəm. 

Ultrasəs müayinəsi xidmətləri: tam abdomen – qarın boşluğu orqanlarının müayinəsi, ginekoloji orqanların müayinəsi, follikulometriya, erkən hamiləliyin təyini, prostat vəzinin və uroloji orqanların müayinəsi, dərialtı toxumaların müayinəsi, periferik limfa düyünlərinin, boyun nahiyəsində olan vəzilərin müayinəsi, toraks (döş qəfəsi) orqanlarının ultrasəs müayinəsi, oynaqların müayinəsi, süd vəzilərinin ultrasəs müayinəsi, Perianal nahiyənin müayinəsi, yenidoğulmuşlarda neyrosonoqrafiya, bud-çanaq oynağının müayinəsi, pediatrik ultrasəs müayinələri, timus vəzinin müayinəsi, damarların rəngli doppler müayinəsi (Doppleroqrafiya), qaraciyərin elastometriyası (FibroScan müayinəsi) və digər ultrasəs müayinələri.

 

Təhsil

  • 2000-2006

Azərbaycan Tibb Universiteti,

müalicə profilaktika I fakültəsi

  • 2006-2007

5 saylı Klinik Xəstəxana,

həkim-interna

Təcrübə və Bacarıqlar

  • 2009-cu ildən Mərkəzi Gömrük Hospitalı, həkim-sonoloq

Mükafatlar

  • 2022 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Lisenziyalar və Sertifikatlar

 


  • 2012 Erciyes Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim dalında "Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli dopleroqrafiyası" pediatrik ultrasonoqrafik incələmələr və yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası üzrə neyrosonoqrafiya kursu. Türkiyə, Kayseri
  • 2012 AnaKalp Xəstəxanasında “Damarların rəngli dopleroqrafiyası kursu.Türkiyə, Kayseri 
  • 2012 Hüma Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Obsetrik USG, hamilələrdə dopleroqrafiya, ginekoloji xəstəliklər zamanı diferensial diaqnostika kursu. Türkiyə,  Kayseri 
  • 2013  Bezmialem Vakif Universitetinin Tibb fakültəsində süd vəzilərinin USG-si və mammoqrafiyası, anorektal USG, yumşaq toxumalar, endokrin və limfotik sistem üzrə USG, pediatrik ultrasonoqrafiya, yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası, neyrosonoqrafiya kursu. Türkiyə, İstanbul 
  • 2014  Weill Cornell Tibb kollecində "Süd vəzilərinin Mammoqrafiyası və qaraciyər törəmələrinə Multidisiplinar yanaşma" kursu. Avstriya, Zalsburq  
  • 2015  İstanbul Universitetinin Tibb fakültəsində "Hamilələrin Anal Sfinkter zədələnmələrində Multidisiplinar yanaşım ve anorektal ultrasonoqrafıya" kursu. Türkiyə, İstanbul  
  • 2015 Echosesns Təlim mərkəzinin təşkil etdiyi qaraciyər  elastometriyası kursu. Rusiya, Moskva