HƏKİMLƏRİMİZ
Səbuhi Dadaşov, t.f.d.
damar cərrahı
Orqanizmin sağlam fəaliyyətinin təminatı üçün normal qan dövranında damarların rolu əvəzsizdir. Damar problemlərini ən düzgün yolla həll etmək üçün hər bir pasiyentin individuallığını nəzərə alaraq beynəlxalq protokollara uyğun damar xəstəliklərini müayinə və müalicə edirik.
Fəaliyyət sahəsi: Damar cərrahiyyəsi - arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsi. Abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama (bypass), periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması (bypass), karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya (radiofrekans və lazer) və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya.
Təhsil
Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi
fərqlənmə diplomu ilə
İ.M. Seçenov adına Moskva Tibb Akademiyası,
kliniki ordinatura
İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti,
aspirantura
Təcrübə və Bacarıqlar
2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir
2009 İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Klinik Mərkəzi, həkim-ordinator
2009-2013 İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 nömrəli universitet klinik xəstəxanası, həkim-aspirant
2013-cü ildən Mərkəzi Gömrük Hospitalı, damar cərrahı
Nailiyyətlər və Üstünlüklər
Elmi jurnallarda çap olunmuş 8 məqalə (“Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə”)
Dr. Səbuhi Dadaşov Rusiya Federasiyasının İntellektual mülkiyyət üzrə Federal Xidmət idarəsində “Abdominal aortanın yukstarenal anevrizmasının müalicə üsulu” adlı 5 471 430 saylı patentin həmmüəllifdir
13.11.2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda tibb elmləri namizədi elmi dərəcəsinin müdafiəsi
01.07.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir
2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
Lisenziyalar və Sertifikatlar
2007-2012 Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçmiş, bir çox konfransların, konqreslərin iştirakçısı olmuş və elmi işi barəsində məruzələrlə çıxışlar etmişdir.
2011 İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti - ultrasəs müayinəsi üzrə kurs
2018 19-cu Avropa Venoz Forumu. Yunanıstan. Afina
2021 LİVE (qabaqcıl innovativ damar təhsili) 2021. Yunanıstan. Saloniki
2022 LİVE (qabaqcıl innovativ damar təhsili) 2022. Yunanıstan. Larissa
2022 22-ci Avropa Venoz Forumu. İtaliya, Venesiya
2024 Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi keçirilən “Ürək-damar cərrahlarının Şuşa Zirvəsi" adlı elmi toplantıda "Dərin venoz trombozun müalicəsində müasir yanaşma" mövzusunda təqdimatla çıxış edib. Azərbaycan, Şuşa şəhəri.
Üzv olduğu təşkilatlar
Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyası
Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti