HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Kənan Əsədov

ürək-damar cərrahı

Ürək insan orqanizminin ən mühüm və ən zərif orqanıdır. Ürəyinizdə hər hansı problem olarsa,  müalicə üçün vaxtında bizə müraciət edin. Mən və  işlədiyim Hospitalın qayğıkeş tibbi heyəti hər zaman sizin sağlamlığınızın keşiyindəyik.

Fəaliyyət sahəsi: Neonatal və Pediatrik ürək cərrahiyyəsi, Aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi, TAVİ. Aorto koronar şuntlama əməliyyatı. EKQ, holter monitorinqi, intaortik balon pompasının tətbiqi.

Təhsil

  • 1999-2005

Azərbaycan Tibb Universiteti, pediatriya fakültəsi

  • 2005-2006

ATU, pediatriya ixtisası üzrə internatura

  • 2008-2010

Stavropol Tibb Akademiyası torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura

 

 

Təcrübə və Bacarıqlar


  • 2007-ci ildə Özəl tibb müəssəsində kiçik həkim-pediatr 
  • 2010-2011 Özəl tibb müəssəsində torakal cərrah
  • 2011-2018 Dövlət tibb müəssəsində ürək-damar cərrahı
  • 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı çalışır

Nailiyyətlər və Üstünlüklər

 

  • 2018-ci ildə  aparılan uğurlu əməliyyata görə Dövlət Sərhəd Xidməti tərəfindən Fəxri fərman.

Lisenziyalar və Sertifikatlar

 

  • 2015 Ürək-damar cərrahı sertifikasiyası
  • 2022 Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə  keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresi. Türkiyə, Antalya şəhəri. 
  • 2024 Akademik V.İ. Şumakov adına Transplantologiya və Süni Orqanlar üzrə Milli Tibbi Tədqiqat Mərkəzində ürək transplantasiyası və süni ürək təcrübə kursunda iştirak edib.  Rusiya, Moskva şəhəri. 

Üzv olduğu təşkilatlar


  • Azərbaycan Kardiologiya Assosiasiyasının üzvü