RADİOLOGİYA
Radiologiya
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən yeni texnologiyalı Maqnit Rezonans Tomoqrafiyası (MRT), Kompüter Tomoqrafiyası (KT), Rəqəmsal Subtraksiya Angioqrafiyası (DSA), rəqəmsal rentgen, panoramik rentgen, sümük mineral densitometriyası və ultrasəs müayinəsi (USM) cihazları ilə təchiz olunub.
Hospitalın yüksək ixtisaslı mütəxəssisləri tərəfindən maqnit rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası, mammoqrafiya, ümumi rentgenoqrafiya, ultrasəs müayinəsi və invaziv radiologiya daxil olmaqla geniş spektrli müayinə və prosedurlar həyata keçirilir.
Radiologiya şöbəsində olan müasir tibbi cihazlar və mütəxəssislərin zəngin təcrübəsi bütün orqan və sistemlərdə yaranan xəstəliklərin görüntülənməsinə və onların erkən mərhələlərdə aşkar edilməsinə imkan verir.
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində 2 Maqnit Rezonans Tomoqrafiyası cihazı vardır: Philips şirkətinin Ingenia Elition X 3.0 Tesla gücündə MRT aparatı və Siemens şirkətinin Essenza 1.5 Tesla gücündə MRT aparatı. Radiologiya şöbəsi Philips şirkətinin Incisive 128 multislice KT cihazı, Siemens şirkətinin istehsalı olan rentgen müayinəsi və mammoqrafiya cihazları ilə təchiz edilmişdir.
Bu cihazlar vasitəsilə insan orqanizminin bütün orqan və toxumalarının detallı müayinəsini aparmaq və xəstəliklərin dəqiq diaqnostikasını təmin etmək mümkündür.
Mərkəzi Gömrük Hospitalında mövcud radioloji sahələr:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.