PEDİATRİYA
Pediatriya
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində balaca pasiyentlərə 7/24 saat rejimində fasiləsiz və yüksək keyfiyyətli tibbi xidmət göstərilir. Şöbədə yenidoğulan körpələrdən başlayaraq bütün uşaqlara beynəlxalq protokollara uyğun diaqnostika və müalicə həyata keçirilir. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Pediatriya şöbəsində xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən yenidoğulanlara xüsusi nəzarət təmin olunur. İlkin skrininq müayinələri, risk qrupuna daxil olan körpələrin müşahidəsi və valideynlər üçün maarifləndirici məsləhətlər xidmət paketinin əsas hissəsini təşkil edir.
Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev, pediatrlar Dr.Fərəh Vahabova, Dr.Təranə Göyüşova, Dr.Minazər Abdullayeva, Dr.Aygün Sadıxova, Dr.Nigar Mirzəyeva və Dr.Nazilə Hüseynova və uşaq nevroloqu Mehriban Məmmədova 24/7 fasiləsiz tibbi yardım göstərərək körpələrin və uşaqların sağlamlığının qorunmasını təmin edirlər. Qəfil yaranan sağlamlıq problemləri zamanı operativ və peşəkar müdaxilə uşağın sağlamlığının qorunmasında mühüm rol oynayır. Bununla yanaşı, sağlam uşaqların fiziki və psixoloji inkişafına nəzarət məqsədilə mütəmadi kontrol müayinələr həyata keçirilir. Boy, çəki və inkişaf göstəricilərinin izlənilməsi, eləcə də beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramlarının icrası uşaqların sağlam böyüməsinə xidmət edir.
Mərkəzi Gömrük Hospitalında pediatr müayinəsi ilə yanaşı, ehtiyac olduqda digər ixtisas həkimlərinin – otorinolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq və ginekoloqun konsultasiyası da təşkil olunur. Bu isə kompleks və multidissiplinar yanaşmanın təmin edilməsinə imkan yaradır.
Ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətlər müasir laborator və instrumental diaqnostika imkanları ilə dəstəklənir. Pediatriya şöbəsinin fəaliyyətində anaların maarifləndirilməsi xüsusi yer tutur. Həkimlər valideynlərə uşağın düzgün qidalanması, immunitetin möhkəmləndirilməsi, inkişaf mərhələləri və ev şəraitində qulluq qaydaları haqqında ətraflı məlumat verir. Bu kompleks yanaşma uşağın daha tez sağalmasına və sağlam gələcəyinə möhkəm zəmin yaradır.
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsi peşəkar tibbi xidmət, müasir texnologiya və insani qayğını bir araya gətirərək balaca pasiyentlərin sağlamlığını etibarlı əllərdə qoruyur.
Təklif edilən xidmətlər:
Müalicə edilən xəstəliklər:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.