ORQAN TRANSPLANTASİYASI

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Orqan Transplantasiyası


İnnovativ tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxana, beynəlxalq keyfiyyət standartlarına uyğun tibbi xidmət, yüksək ixtisaslı, peşəkar cərrah-transplantoloqlar komandasının gərgin əməyi sayəsində Mərkəzi Gömrük Hospitalında orqan transplantasiyası yüksək inkişaf mərhələsinə çatdırılmışdır. 


Müasir təbabətin ən mürəkkəb cərrahi əməliyyatlarından sayılan böyrək və qaraciyər transplantasiyası əməliyyatları Mərkəzi Gömrük Hospitalında həftə ərzində bir neçə dəfə həyata keçirilir ki, bu da tibb müəssisənin ən yüksək hazırlıq səviyyəsinin göstəricisidir. 


2025-ci ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan Mənzər Şərifovaya meyit donordan götürülmüş qaraciyər uğurla köçürülmüş və bir müddət sonra meyit donordan götürülmüş böyrək Fuad Nuriyevə köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb. 


Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqları tərəfindən həm böyüklərə, həm də uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla icra olunur. Əməliyyatdan əvvəl və sonrakı periodlarda cərrah-transplantoloqlarla yanaşı pasiyentlərə ixtisaslaşmış qastroenteroloq, hepatoloq, nefroloq, eləcə də uşaq hepatoloqu, uşaq nefroloqu tərəfindən ixtisaslaşmış xidmətlər göstərilir. 


Eyni zamanda, şöbədə böyüklərdə və uşaqlarda öd kisəsi və öd yolları, mədəaltı vəzi və ümumiyyətlə mədəbağırsaq sistemində ənənəvi və laparoskopik üsullarla cərrahi əməliyyatları da həyata keçirilir. Uşaq üzərində kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət briqadanın olması ən kiçik yaş qrupundan olan uşaqlarda da transplantoloji xidmətin göstərilməsinə şərait yaradır.


Məhz bu səbəbdən də komandamız tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası uğurla həyata keçirilib. Qürurverici haldır ki, dünya ədəbiyyatında da qəbul olunmuş, eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlıdan qaraciyər transplantasiyası Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, t.ü.f.d., Səhiyyə əlaçısı Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən ilk dəfə icra olunub. 


Donoru olmayan xəstələrə əməliyyat oluna bilmə şansının verilməsi üçün ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılmışdır. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laparoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən icra olunub. 


2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.

 

Şöbədə aşağıdakı əməliyyatları həyata keçirir:

 

  • Böyüklərdə və uşaqlarda qaraciyər və böyrək köçürmələri; 
  • Qohum donordan uşaqlara qaraciyər köçürülməsi;
  • Qohum donordan böyüklərə və uşaqlara böyrək köçürülməsi;
  • Meyit donordan canlıya qaraciyər və böyrək köçürmələri;
  • Böyüklərdə və uşaqlarda orqan transplantasiyasına hazırlıq mərhələsində edilən əməliyyatlar;

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Mircəlal Kazımi

t.f.d., uzman, ümumi cərrah, transplantoloq

Dr. Kamran Beydullayev

m.r.c.s., ümumi cərrah,

transplantoloq

Dr. Hacı Rəsulzadə

ümumi cərrah,

transplantoloq