FORUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu" keçiriləcək.
16 mart 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu" keçiriləcək.
Sumqayıt şəhər Muğam Mərkəzində baş tutacaq tədbirdə “Yeni növ narkotik və psixotrop maddələrdən sui-istifadə: Müasir dövrün aktual problemi və qlobal təhlükəsizlik çağırışları”, “Narkomaniyaya qarşı mübarizədə gömrük nəzarətinin əhəmiyyəti, profilaktik və nəzarət funksiyaları”, “Narkotiklərlə bağlı cinayətlərin aşkarlanmasında polis orqanlarının rolu: cinayət təqibi və cəza prosesinin hüquqi və praktiki mərhələləri”, “Maarifləndirmə kontekstində gənclərin narkomaniyadan qorunması: preventiv və institusional mexanizmlər” və “Cəmiyyətin səfərbərliyi: ictimai fəaliyyət və könüllülük mexanizmləri kontekstində narkomaniyaya qarşı mübarizə” mövzularda ümumilikdə 5 məruzə dinləniləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Forum proqrama uyğun olaraq gənclər və tələbələr üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Forumda iştirak ödənişsizdir. Hərkəs Forumda iştirak üçün dəvətlidir!
16 MART 2026
AÇILIŞ NİTQİ
Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı
Hicran Hüseynova
Azərbaycan Respublikası Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Güloğlan Muradlı
Dövlət Gömrük Komitəsinin sədr müavini
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Dr. Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
Emil Maqalov
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Sosial Təşəbbüs MMC-nin rəhbəri, narkomaniya üzrə ekspert
MƏRUZƏÇİLƏR
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı
Yusif Bağırov
Dövlət Gömrük Komitəsinin Əməliyyat - İstintaq Baş İdarəsinin I şöbənin böyük müstəntiqi
Azər Bağırov
Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis mayoru
Aydın Rəhimov
Abşeron Xızı Regional Təhsil İdarəsinin müdir müavini
Şəhla Mirzəzadə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi