HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nigar Məmmədova

ginekoloq

Streslə mübarizə bacarigi, sağlam həyat tərzi çox problemin həllidir.

Fəaliyyət sahəsi: Normal və patoloji hamiləlik təqibi. Sonsuzluğun konservativ müalicəsi. HPV müayinəsi; Kolposkopiya; Anormal smearın təqibi; Menopauza təqibləri; Genital və uriner infeksiyalar; Qız uşaqları və hər yaşda qadınlarda ginekoloji xəstəliklərin müalicəsi; Hormonal problemlərlə bağlı və ya idiopatik olan sonsuzluq müalicəsi; Servikal xəstəlikləri; Sidik qaçırma səbəblərinin araşdırılması və aradan qaldırılması; Riskli hamiləliklərin təqibi, Bütüncül və funksional tibb tərəfindən hamilə və qadinlara baxış.

Təhsil

  • 2001-2007

Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi. 

  • 2007-2008

Ş.Ələsgərov adına 5 saylı doğum evi,  anestezioloq – reanimatoloq ixtisası üzrə internatura təhsili. 

  • 2008-2009 

Azərbaycan Respublikası Həkimləri Təkmilləşdirmə İnstitutu,  mama-ginekologiya üzrə ixtisas kursu. 

 

 

Təcrübə və Bacarıqlar

  • 2011-2014. Azərbaycan Tibb Universiteti II Mamalıq-ginekologiya kafedrasında Mamalıq-ginekologiya üzrə təcrübə kursu. 

  • 2011 Türkiyə-Almaniya Ginekoloji Təhsil və Araşdırma Fondunun təşkilatçılığı ilə “IX Türkiyə-Almaniya Ginekoloji konqresi”. Türkiyə, Antalya. 

  • 2022 ci ildən Mərkəzi Gömrük Hospitalında ginekoloq kimi fəaliyyət göstərir.

Nailiyyətlər və Üstünlüklər

  • Vahid və funksional tibb həkimi


Lisenziyalar və Sertifikatlar

 

  • 2014 Türkiyə-Almaniya Ginekoloji Təhsil və Araşdırma Fondunun təşkilatçılığı ilə “X Türkiyə-Almaniya Ginekoloji konqresi”. Türkiyə, Antalya. 

  • 2021 Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Qadın hormonunda düzənsizlik və hormon yerinə qoyma müalicəsi” kursu. Türkiyə, İzmir şəhəri. 

  • 2021 Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Detoksifikasiya və neyro-koqnitiv problemlər” kursu. Türkiyə, İstanbul şəhəri. 

  • 2022 Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Tiroid, kişi hormonları və stresin idarəedilməsi” kursu. Türkiyə, Antalya şəhəri. 

  • 2022 Türkiyə Vahid Tibb məktəbinin təşkilatçılığı ilə “Tətbiqi vahid tibb məktəbi” proqramı. Türkiyə, İstanbul şəhəri.

  • 2022 Türkiyə Vahid tibb məktəbinin təşkilatçılığı ilə Ш Vahid Tibb konqresində iştirak edib. Türkiyə, Antalya şəhəri.

  • 2022 Türkiyə Vahid Tibb Dərnəyinin təşkilatçılığı ilə Karaköydəki klinikasında keçirilən “Klinik Ozonterapiya” mövzusunda təlimdə iştirak edib. Türkiyə, İstanbul şəhəri.  

Üzv olduğu təşkilatlar

 

  • Funksional Tibb Akademiyası