XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

"SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

  • 275732032_1872752776248201_4585705479573281956_n.jpg
  • 275614041_1872752762914869_609921954120793443_n.jpg
  • 275771236_1872752782914867_2819241718664210069_n.jpg
  • 275753118_1872752892914856_6297844354020805269_n.jpg
  • 275833885_1872752879581524_8831187030698767867_n.jpg
  • 275682840_1872752909581521_365924681689057938_n.jpg
  • 275922189_1872752996248179_4844067931802515285_n.jpg
  • 275992392_1872753022914843_1369871708629262258_n.jpg
  • 275778354_1872753019581510_8368923198756027089_n.jpg
  • 275780305_1872753106248168_504898961476538895_n.jpg
  • 275669998_1872753119581500_7254814382013223515_n.jpg
  • 275568129_1872753152914830_7069469531690015206_n.jpg
  • 275915945_1872753219581490_3165305008230089680_n.jpg
  • 275723719_1872773986246080_7946255021554728976_n.jpg
  • 275844160_1872788579577954_264594646303459337_n.jpg

2022-ci il 15 mart tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin hərbi hospitalında “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. DTX-nin Hərbi-tibb baş idarəsinin və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkil etdiyi tədbirdə qeyd olunan tibb müəssisələrinin, həmçinin Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Azərbaycan Tibb Universitetinin əməkdaşları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri iştirak etmişlər. 


Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himni səsləndirildikdən sonra 120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışmış, ölkəmizdə səhiyyənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq bu önəmli sahədə həyata keçirilən məqsədyönlü islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus infeksiyasının yayılmasının vaxtında qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlardan ətraflı bəhs etmişdir.


Sonra çıxış üçün söz Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədova təqdim olunmuşdur. O da öz növbəsində belə mövzuda tədbirin keçirilməsinin vacibliyinə toxunaraq respublikamızda COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi imkanların mövcudluğundan danışmış, konfransın təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirmişdir.


Tədbirdə iştirak edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək 2 il bundan öncə başlanan və indiyədək davam edən koronavirusla mübarizədə fədakar həkimlərimizin qazandığı təcrübədən və səhiyyə sisteminin qısa zaman kəsiyində pandemiyanın yaratdığı tələblərə uyğun formalaşdırılmasından danışmış, ölkəmizin bu sınaqdan da alnıaçıq və üzüağ çıxdığını xüsusi olaraq qeyd etməklə əhalinin vaksinasiyasının uğurla həyata keçirildiyini, səhiyyə sahəsinin mövcud maddi-texniki bazasının gündən-günə daha da təkmilləşdirildiyini diqqətə çatdırmışlar.


Daha sonra tədbir “COVİD-19” pandemiyasının və onun yeni növ ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında iştirakçıların çıxışları və panel müzakirələrlə davam etmişdir.  ədbirin yekununda iştirakçılar konfransın önəmli töhfələr verəcəyinə əminlik ifadə etmiş, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulamışlar.

 

 foto