HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nərgiz Kərimova

təcili tibbi yardım şöbəsinin rəisi

İlk yardım insan həyatını xilas edir

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması; Xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.

Təhsil

  • 1987-1993

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb

  • 1993-1994

Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə internatura keçib

Təcrübə və Bacarıqlar

  • 1994-2002 M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Təcili Yardım şöbəsi, həkim 
  • 2006-2007 Özəl Tibb müəssisəsində həkim təlimçi.
  • 2007-2009 Özəl tibb müəssisəsində həkim ekspert, şöbə müdiri. 
  • 2002-2003 Səudiyyə Ərəbistanı Krallığının Əl-Baha şəhərində Al Baha İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri.
  • 2003-2006 Al Baha şəhəri Əl Dəfir Mərkəzi Təcili Yardim hospitalında şöbə müdiri.
  • 2006 S.Ə.Krallığı Mina şəhəri mərkəzi xəstəxanasında həkim.
  • 2009-2021 Mərkəzi Gömrük Hospitalında Təcili yardım həkimi.
  • 2021 Təcili Yardım şöbəsinin rəisi.
     

Nailiyyətlər və Üstünlüklər

  • 2005-ci ildə Əl Baha reqionu üzrə ilin ən yaxşı həkimi secilib.

Lisenziyalar və Sertifikatlar

 

  • 2010 Weiss Memorial Hospital təcili yardim kursu, Amerika Birləşmiş Ştatları, Çikaqo

  • 2013 Zalsburq Universitet Hospitalında travmatoloji yardım üzrə təcrübə proqramı. Avstriya, Zalsburq
  • 2018 “Qadın sağlamlığı” Beynəlxalq konfrans. Gürcüstan, Tbilisi