HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Naidə Novruzova

endokrinoloq

Müasir zamanın sürətlə dəyişən stressli həyat ritmi, kontrolsuz qidalanma, passiv həyat tərzi böyük sayda endokrinoloji problemlərin yaranmasına səbəb olur. Bizim məqsədimiz ilkin profilaktika və düzgün müalicə ilə sağlam gələcəyinizi təmin etməkdir. 

Fəaliyyət sahəsi: Hipertireoz  (Zəhərli zob), Hipotireoz, Düyünlü zob, Qalxanvari vəzi xərçəngi, Tireoditlər, Qalxanabənzər vəzin anadangəlmə inkişafdan qalması, Şəkərli diabet, Şəkərli diabetin monitorinqi, Insulin pompasi ilə mualicə, Hamiləliyə bağlı şəkərli diabet, Hipoqlikemiya (qan şəkərinin aşağı düşməsi), Piylənmə, Dislipidemiyalar (qan yağları), Osteoporoz (sümük əriməsi), Sümük və kalsium metabolizmi, D vitamini əksikliyi, Hirsutizm (tüklənmə), Böyrəküstü vəz xəstəlikləri (Kuşinq sindromu-kortizol yüksəkliyi, Adisson xəstəliyi-kortizol yetməzliyi, Konn sindromu-aldosteron yüksəkliyi. 

Təhsil

  • 2002-2008

Rusiya, Sankt-Peterburq Pavlov adına Dövlət Tibb Universiteti, müalicə işi fakültəsi

  • 2008-2009

Əfəndiyev adına Şəhər Klinik Xəstəxanası, həkim-intern

Təcrübə və Bacarıqlar

  • 2012-2016-ci illərdə dövlət tibb müəssisəsində həkim-endokrinoloq kimi çalışıb.
  • 2016-cı ildən Mərkəzi Gömrük Hospitalı, həkim-endokrinoloq

 

 


Lisenziyalar və Sertifikatlar

 

  • 2012 "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması" kursu, Rusiya, Moskva
  • 2014 II EASD ixtisas artırma kursu, Azərbaycan, Bakı
  • 2015 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Sertifikasiya kursları
  • 2019 Ege Universiteti Xəstəxanasında endokrinologiya sahəsi üzrə təkmilləşdirmə kursu. Türkiyə, İzmir
  • 2020 Azərbaycan Endokrinologiya, Diabet və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə onlayn keçirilən III Azərbaycan Diabet konqresi. Azərbaycan, Bakı. Onlayn.
  • 2021 Türkiyə Tiroid Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən IX Türkiyə Tiroid xəstəlikləri üzrə onlayn konqres.
  • 2022 Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin təşkilatçılığı ilə keçirilən 43-cü Endokrinoloji və Metabolik Xəstəliklər konqresi, Türkiyə, Antalya
  • 2022 Türkiyənin Hacettepe Universitetinin Tibb Fakültəsi və Türkiyə Ege Universiteti Tibb Fakültəsinin, Türkiyə Diabet Cəmiyyətinin, Türkiyə Uşaq Endokrinoloji və Diabet Dərnəyinin təşkilatçılığı  keçirilən IV Diabet Texnologiyaları Simpoziumu. Türkiyə, Ankara şəhəri.