HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Füzuli Abışov

şöbə rəisi, təcili tibbi yardım həkimi

Görmək və hiss etmək mövcud olmaqdır, fikirləşmək isə yaşamaqdır.

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralı xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması; xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.

Təhsil

  • 2002-2008

Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi  

  • 2008-2009

Neftçala şəhər 1 saylı şəhər xəstəxanası, reanimotoloq-anestezioloq ixtisası üzrə rezidentura təhsili

Təcrübə və Bacarıqlar

  • 2023 - 2023 Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsində təcili tibbi yardım həkimi
  • 2023 - cü ildən Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsində təcili tibbi yardım şöbəsinin rəisi

Nailiyyətlər və Üstünlüklər

  • İkinci Qarabağ müharibəsi veteranı
  • “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub
     

Lisenziyalar və Sertifikatlar

 

  • 2019 “Deutsch B2 Medizin” təlimi, Küps, Almaniya

  • 2021 “Dənizdə təhlükəsizliyin əsasları və fövqəladə hallar üzrə təlim”. Azərbaycan, Bakı,

  • 2023 Qabaqcıl Ürək-Damar Həyat Dəstəyi təlimi, Azərbaycan, Bakı.