ELMİ SİMPOZİUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"Pediatriyada Elmi İrs Və İnnovasiyalar: Hibrid Dünyada Uşaq Olmaq" mövzusunda Beynəlxalq Konqres keçiriləcək
28 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Tibb Universitetіnin birgə təşkilatçılığı ilə Professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illiyinə həsr olunmuş “Pediatriyada Elmi İrs Və İnnovasiyalar: Hibrid Dünyada Uşaq Olmaq” mövzusunda Beynəlxalq Konqres həyata keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Konqresdə “Uşaq qastroenterologiyası və dietologiya” və “Beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraqlar” başlıqlı 2 paneldə ümumilikdə 12 məruzə dinləniləcək.
Konqresdə pediatriya sahəsində aktual problemlər, innovativ yanaşmalar, müasir diaqnostika və müalicə üsulları, eləcə də rəqəmsal texnologiyaların uşaq sağlamlığına təsiri müzakirə olunacaq və tədbir sual-cavab sessiyaları ilə interaktiv şəklində həyata keçiriləcək.
Konqres proqrama uyğun olaraq xüsusilə pediatrlar, ailə həkimləri, səhiyyə mütəxəssisləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunmuş və 10 DTT balı ilə qiymətləndirilmişdir.
28 FEVRAL 2026
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Dr. Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
PANEL RƏHBƏRLƏRİ
Prof. Rauf Bayramov
ATU, I Uşaq xəstəlikləri kafedrası
Dos. İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d
Dos. Sabirə Hüseynova
ATU, I Uşaq xəstəlikləri kafedrası
Prof. Gülnarə Nəsrullayeva
ATU, I Uşaq xəstəlikləri kafedrası, t.ü.e.d
t.ü.f.d. Nüşabə Mollayeva
ATU, I Uşaq xəstəlikləri kafedrası
Bəyaz Namazova
ATU, I Uşaq xəstəlikləri kafedrası
Prof. Aytən Məmmədbəyli
ATU, Nevrologiya kafedrasının müdiri
Dos. Nigar Bayramova
ATU, I Uşaq xəstəlikləri kafedrası
t.ü.f.d. Əli Quliyev
Medera Hospitalı, Pediatr şöbə müdiri
MƏRUZƏÇİLƏR
Dos. Sabirə Hüseynova
ATU, I Uşaq xəstəlikləri kafedrası
Dos. Təranə Tağızadə
ATU, II Uşaq xəstəlikləri kafedrası
Dos. Nigar Bayramova
ATU, I Uşaq xəstəlikləri kafedrası
Dr. Telman Aytayev
Mərkəzi Gömrük Hospitalı, Pediatriya və Neonatologiya şöbəsinin rəisi
Dr. Xumarə Vaqif qızı
ATU, I Uşaq xəstəlikləri kafedrası
Dr. Vüsal Cəfərov
Mərkəzi Gömrük Hospitalı, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi
Dr. Təranə Göyüşova
Mərkəzi Gömrük Hospitalı, pediatr-neanatoloq-reanimatoloq
Dr. Aygün Sadıxova
Mərkəzi Gömrük Hospitalı, Pediatr-neonatoloq-reanimatoloq
T.ü.f.d., Dr. Nərgiz Məmmədova
ATU, II Uşaq xəstəlikləri kafedrası
Dos. İkram Rüstəmov
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikanın başhəkimi
Nigar Həsənova
Nitq və inkişaf pozulmaları üzrə uzman
Dr. Erkin Rəhimov
Baku Medical Plaza klinikasında Pediatriya və Neonatologiya
T.ü.f.d. Əli Quliyev
Yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri T.ü.f.d., MedEra klinikası, AzPC sədri