HAQQIMIZDA


Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başlamış, qısa müddət ərzində yüksək səviyyəli tibbi xidmət göstərən nüfuzlu səhiyyə ocağı kimi tanınaraq ölkənin aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir.

 

Ən müasir standartlar səviyyəsində tikilmiş və ən innovativ tibbi avadanlıq və cihazlarla təchiz olunmuş Mərkəzi Gömrük Hospitalında gömrük əməkdaşlarına, onların ailə üzvlərinə və əhaliyə ixtisaslı və keyfiyyətli tibbi xidmət göstərir. Hospitalda çalışan tibb işçilərinin yüksək peşəkarlığı, ən müasir tibbi cihazlar və avadanlıqlar insanların həyatını xilas etməyə və onların sağlamlığını qorumağa tam şəkildə imkan verir. 
 

Yüksək komfort və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən mürəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan ürək-damar və orqan transplantasiyası əməliyyatları, uroloji rekonstruktiv əməliyyatlar, canlı donordan orqan transplantasıya, travmatoloji əməliyyatları, ağır xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq ürək əməliyyatlar, TAVİ, EVAR kimi invaziv müdaxilələr və digər əməliyyatlar icra olunur, yüksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi müalicə xidmətləri göstərilir. Həmçinin, ən son invaziv kardioloji müdaxilələrin köməyi ilə anadangəlmə ürək qüsuru olan uşaqlar müalicə olunur, TAVI üsulu vasitəsilə açıq ürək əməliyyatları aparılmadan zədələnmiş aorta qapağı bioloji qapaqla əvəz edilir, digər invaziv müdaxilələr yerinə yetirilir.
 

Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə, Orqan Transplantasiyası, Anesteziologiya, Əməliyyatxana və Reanimasiya, Urologiya, Uşaq Cərrahiyyəsi, Travmatologiya və Ortopediya, Ürək-damar Cərrahiyyəsi, Kardiologiya, Efferent Terapiya, Mama-ginekologiya, Radiologiya, Fizioterapiya, Neonatologiya və Pediatriya, Təcili Tibbi Yardım, Poliklinika və digər şöbələrinin yüksəkixtisaslı tibb heyəti fədakarlıqla çalışaraq hər bir pasiyentə fərdi yanaşır, onların sağalması üçün ən müasir səviyyədə tibbi xidmət göstərirlər. 

 

Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı Azərbaycanın qabaqcıl səhiyyə ocaqları sırasındadır. Qürurverici haldır ki, 2025-ci ilin fevral ayında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən qaraciyər sirrozundan əziyyət çəkən xəstəyə meyit donordan qaraciyər uğurla köçürülmüşdür. Eyni ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə Mərkəzi Gömrük Hospitalında meyit donordan böyrək çatışmazlığından əziyyət çəkən xəstəyə böyrək transplantasiyası əməliyyatı uğurla icra olunmuşdur. 

 

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində yüksəkixtisaslı mütəxəssislər tərəfindən damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi, neyrocərrahiyyə, uroloji, nefroloji, travmatoloji və digər ambulator cərrahiyyə; stomatoloji, dermatoveneroloji, toksikoloji, endikrinoloji, qastroenteroloji, nevroloji, oftalmoloji, otolarinqoloji, pediatrik, psixiatrik və digər terapevtik tibbi xidmətlər göstərilir. Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında müasir, tam avtomatlaşdırılmış analizatorlar istifadə olunmaqla, kliniki, biokimyəvi, PZR, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr aparılır. 

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Türkiyənin Florence Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və digər qurumlar ilə imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tərəflər arasında tibbin müxtəlif sahələrini əhatə edən beynəlxalq konfrans, konqres, təkmilləşdirmə kursları, müştərək elmi-tədqiqat və davamlı tibbi təhsil tədbirləri, təcrübə proqramları, ustad dərsləri və digər qarşılıqlı tədbirlər keçirilir.

 

Həmçinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalı ilə sıx əməkdaşlıq əlaqələri rezidentlərə Böyük Britaniyada mama-ginekologiya və pediatriya üzrə təcrübə keçmək, qabaqcıl təcrübələri yerində öyrənmək, müasir müalicə və diaqnostika metodlarını mənimsəmək, eləcə də beynəlxalq səviyyəli tibbi mühitdə praktiki bilik və bacarıqlarını artırmaq imkanı yaradır. 

 

Mərkəzi Gömrük Hospitalı ən qabaqcıl və ən müasir tibb müəssisələrindən biri olmaqla yanaşı, həm də aparıcı elmi və maarifləndirici mərkəzdir. Burada modernizasiya prinsipini əsas tutaraq müasir texnologiyalar öyrənilir, yeni tibbi xidmətlər tətbiq olunur, innovativ avadanlıqlar alınır, xidmət sahələri genişləndirilir, yeni peşəkar kadrlar yetişdirilir.
 

Hospitalımız ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və  4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda 1 akademik, 2 Əməkdar həkim,  1 Səhiyyə əlaçısı, 3 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 1 dosent, 3 doktorant, və Türkiyədə uzmanlıq təhsili almış 19 həkim fəaliyyət göstərir. Bu yüksək ixtisaslı tibb heyəti, pasiyentlərə dünya standartlarına uyğun tibbi xidmət göstərməklə yanaşı, gənc mütəxəssislərin yetişdirilməsində, elmi-tədqiqat işlərinin aparılmasında və innovativ yanaşmaların klinik praktikaya tətbiqində mühüm rol oynayırlar.

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunmuş müxtəlif mövzularda elmi konqreslər, konfranslar və seminarlar, elmi-təcrübi təlimlər, elmi-tədqiqat mübadilə proqramları və ixtisasartırma kursları təşkil edilir.
 

Mərkəzi Gömrük Hospitalında ümumi cərrahiyyə, anesteziologiya-reanimatologiya, nefrologiya, nevrologiya,  ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, orqan transplantasiyası, uşaq cərrahiyyəsi, urologiya, pediatriya, neonotalogiya, şüa diaqnostikası, laboratoriya işi, fizioterapiya və tibbi bərpa, travmatologiya-ortopediya, daxili xəstəliklər üzrə müxtəlif ixtisaslarda rezidentlər rezidentura təhsili alırlar. 

Mərkəzi Gömrük Hospitalı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında imzalanmış müqaviləyə əsasən Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ürək-damar əməliyyatları, EVAR, TAVI, qaraciyər və böyrək transplantasiyası əməliyyatları, MRT, KT və digər tibbi xidmətlər göstərilir. 
 

Mərkəzi Gömrük Hospitalında pasiyentlərin məmnunluğunu artırmaq məqsədi ilə yeni interaktiv texnologiyalar və online xidmətlər tətbiq edilir, daxil olan zənglər vahid Çağrı Mərkəzi tərəfindən qəbul edilir, hər bir pasiyentə fərdi yanaşma və xüsusi diqqət göstərilir. Çağrı Mərkəzinin əməkdaşları 7/24 saat rejimində bütün zənglərin qəbulunu, telefon, elektron poçt, votsap‎, facebook, instaqram və internet-çat vasitəsi ilə daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edirlər. Çağrı Mərkəzinin əlaqə nömrəsi - (012) 404-08-08.
 

Bu gün peşəkar və təcrübəli heyəti ilə Mərkəzi Gömrük Hospitalı nəinki gömrük işçiləri və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi xidmət göstərən müasir səhiyyə ocağıdır.
 

Missiyamız
Məqsədimiz
Dəyərlərimiz
Missiyamız

   Azərbaycanda gömrük əməkdaşlarının tibbi xidmətə olan ehtiyaclarının ödənilməsini təmin etmək və əhalinin sağlımlığının qorunmasında iştirak etməkdir. 

Məqsədimiz
Dəyərlərimiz

100%

Keyfiyyət

5711

Tibbi xidmət

130

Peşəkar həkim

78

Çarpayı

16

İl təcrübə

Sağlamlığınızın keşiyində

Mərkəzi Gömrük Hospitalı öz tibbi heyətinin dünya səviyyəli peşəkarlığı, zəngin innovativ tibbi təchizatı, pasiyentlərinə individual yanaşması, bir sözlə, göstərdiyi yüksək səviyyəli tibbi xidməti ilə Azərbaycanın ən müasir və qabaqcıl səhiyyə ocaqları arasında özünəməxsus şərəfli bir yer tutur.

 

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!

Peşəkarlıq

 

Həkimlərimizin peşəkarlığı Hospitalda pasiyentlərə göstərilən tibbi xidmətin yüksək keyfiyyətinin və xəstələrin məmnun qalmaqlarının zəmanətidir.  

Qayğıkeşlik

 

Hər bir pasiyentə individual yanaşma və xüsusi diqqət göstərmək qayğıkeş mütəxəssislər komandamızın əsas iş prinsipidir.

Yüksək səviyyə

 

Düşünülmüş infrastruktur, müasir tibbi təchizat və təlimləndirilmiş personal Hospitalda göstərilən xidmətin ümumi yüksək səviyyəsini təmin edir. 

Patomorfologiya

 

Şiş və neoplastik proseslərdə, həm də qeyri şiş patologiyaları zamanı histoloji, immunohistokimyəvi, histokimyəvi, immunoflüorestent və nadir patomorfoloji diaqnostik tədqiqatlar və müayinələr aparılır. 

Plastik və Rekonstruktiv cərrahiyə


Müxtəlif növ estetik və rekonstruktiv əməliyyatlar

ən son tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanalarda yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. 

Efferent terapiya

 

Kəskin və xroniki böyrək və sidik yolları xəstəliklərinin müayinəsi və müalicəsi həyata keçirilir.

Şöbədə hemodializ bölməsi, təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionarı fəaliyyət göstərir.