FORUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
24 iyun 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Region Gənclərinin Narkomaniya ilə mübarizə Forumu” keçiriləcək.
Region gənclərinin iştirakı ilə həyata keçiriləcək Forumda narkomaniyanın fəsadları, eləcə də narkomaniya ilə mübarizə istiqamətində səhiyyə, təhsil, hüquq mühafizə və gənclər sektorunun rolu barədə məruzələr təqdim olunacaq, auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Astara rayon Mədəniyyət Mərkəzində həyata keçiriləcək tədbir eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanacaq.
Tədbir 24 iyun saat 10:00-da öz işinə başlayacaq. Hərkəsi tədbiri canlı izləməyə dəvət edirik!
24 İYUN 2022
AÇILIŞ NİTQLƏRİ
Elnurə Novruzlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Azərbaycan
Firəngiz Sadıxova
Astara Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
MODERATOR
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Azərbaycan
MƏRUZƏÇİLƏR
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,
dosent
Elxan Nəcəfov
Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri
Samir Mustafayev
Cənub Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqatlar İdarəsi Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti kapitanı
Azər Cəfərov
Astara rayon Polis şöbəsinin rəisi, polis polkovniki
Şəhla Mirzəzadə
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi