KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Nefrologiyanın müasir aspektləri barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə nefrologiyada sıx rast gəlinən müzakirəli mövzular barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
    Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində panel müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

 

23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “EGİS Pharmaceuticals PLC” və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Nefrologiyada müasir çağırışlara yeni baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. 


Konfransda “Nefrologiyanın müasir klinik aspektləri”, “Hemodializdə sıx rast gəlinən problemlər” və “Nefrologiyanın müzakirəli mövzularına yeni baxış” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə təqdim olunacaq. Məruzələr müvafiq sahənin yerli və beynəlxalq yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans nefroloq, uroloq, endokrinoloq, hematoloq, terapevt, kardioloq, infeksionist, anestezioloq-reanimatoloq, revmatoloq, təcili və təxirəsalınmaz tibbi yardım və onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
  • Konfrans əyani 2 çay və 1 nahar fasiləsi olmaqla Holiday İnn otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
  • Konfransda iştirak ödənişlidir! Əyani iştirak edəcək həkimlər üçün iştirak haqqı 50 AZN, əyani iştirak edəcək rezidentlər üçün isə iştirak haqqı 30 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir. 
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

23 DEKABR 2022

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, Azərbaycan

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Cəbrayıl Cəbrayılov

“Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, t.ü.f.d., Azərbaycan 

Prof. Dr. Taner Çamsarı 

Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru, Türkiyə

MODERATORLAR 

Dr. Fariz Babayev 

“Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” PHŞ-nin direktoru, t.ü.f.d., Azərbaycan 

 

Dr. Mirmənsim Məmmədov

Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanası Orqan Nəqli Mərkəzinin ümumi cərrahı, Türkiyə 

Prof. Dr. Taner Çamsarı 

Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru, Türkiyə

Dr. Orxan Quliyev

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nefroloqu, Azərbaycan

 

Dr. Barat Yusubov

Azərbaycan Tibb Universitetinin nefroloqu, Azərbaycan

Dr. Elnur Fərəcov 

Mediland Hospitalın nefroloqu, t.ü.f.d., Azərbaycan

MƏRUZƏÇİLƏR 

Prof. Dr. Aykut Sifil 

Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru, Türkiyə

 

Dr. Barat Yusubov

Azərbaycan Tibb Universitetinin nefroloqu, Azərbaycan

Dr. İlkin Əhmədli 

Kəpəz Klinikasının endokrinoloqu, Azərbaycan

Dr. Elnur Fərəcov 

Mediland Hospitalın nefroloqu, t.ü.f.d., Azərbaycan

 

Dr. Mirmənsim Məmmədov

Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, Azərbaycan 

Dr. İlqar Tahiroğlu 

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, Azərbaycan

Dr. Fərhad Şirinov

Liv Bona Dea Hospitalın nefroloqu, Azərbaycan 

 

Dr. Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti, Azərbaycan

Prof. Dr. Taner Çamsarı 

Dokuz Eylül Universiteti Tibb Fakültəsinin professoru, Türkiyə

Dr. Cəbrayıl Cəbrayılov 

Ege Hospitalının nefroloqu, Azərbaycan