DƏYİRMİ MASANIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Yenidoğulmuşlarda eşitmə funksiyasının qiymətləndirilməsinə dair mövcud elmi yanaşmaların və klinik təcrübələrin müzakirəsi, erkən diaqnostikanın praktik tətbiqində qarşıya çıxan çətinliklərin təhlili, eşitmə skrininqinin klinik qərarvermə prosesində rolu, nəticələrin interpretasiyası və erkən aşkarlanmış eşitmə pozğunluqlarının idarə olunmasına dair optimal yanaşmaların mütəxəssislər arasında fikir mübadiləsi əsasında formalaşdırılması 

 

      VƏZİFƏLƏR

  • Yenidoğulmuşlarda eşitmə funksiyasının qiymətləndirilməsi sahəsində mövcud elmi yanaşmaların və klinik təcrübələrin təqdim edilməsi.
  • Erkən diaqnostikanın praktik tətbiqində qarşıya çıxan çətinliklərin təhlil olunması və həll yollarının müzakirəsi.
  • Multidissiplinar əməkdaşlığın gücləndirilməsi və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması.

  •  

"Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda Dəyirmi Masa keçiriləcək.

 

3 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.


Dəyirmi Masada East & North Hertfordshire Teaching NHS Trust-a bağlı Lister Hospitalın otolorinqoloqu Natavan Ramazanzadə tərəfindən “Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti” mövzusunda məruzə təqdim ediləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Tədbir proqrama uyğun olaraq xüsusilə otolorinqoloq və pediatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirə iştirak üçün dəvətlidir! 

 

3 FEVRAL 2026

AÇILIŞ NİTQİ

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Bəxtiyar Musayev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi, Baş həkim

Fidan İsrafil-Bəyli 

Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d. (onlayn)

PANEL RƏHBƏRİ

Elvin Əzizov

Mərkəzi Gömrük Hospitalının həkim-otolarinqoloqu

MƏRUZƏÇİ

Natavan Ramazanzade

East & North Hertfordshire Teaching NHS Trust-a bağlı Lister Hospitalın otologiya üzrə konsultant həkimi