EKSPERT GÖRÜŞÜNÜN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklər” mövzusunda ekspertlərin görüşü həyata keçiriləcək
23 aprel 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Florence Healthcare İnternational qrupu, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə təşkilatçılığı, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin dəstəyi ilə “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yeniliklər” mövzusunda ekspertlərin görüşü həyata keçiriləcək.
Xəstəxanadaxili infeksiyalarla mübarizə sahəsində effektiv idarəetmə strategiyalarının müəyyənləşdirilməsi və tibb müəssisələrində infeksiyaya nəzarət işinin təkmilləşdirilməsi məqsədilə təşkil olunacaq tədbir zamanı Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Tədbir saat 15:30-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək. Tədbirdə iştirak yalnız dəvətnamə əsasında mümkündür.
Proqramla tanış olmaq üçün keçid:
Tədbirlə bağlı əlaqə: 051 232 66 64
23 APREL 2025
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
Nəzifə Mürsəlova
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin
müdiri
Yaqut Qarayeva
TƏBİB-in Tibbi Xidmətlərin İnkişaf departamentinin rəhbəri
MODERATOR
İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hsopitalının infeksionisti
MƏRUZƏÇİ
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hsopitalının infeksionisti
Oktay Öztürk
İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru
Səbinə İbrahimova
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d.
Aslıhan Demirel
İstanbul Florence Nightingale Xəstəxanasının infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı
Səttar Yaqubov
Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarət Komissiyasının üzvü