Etibarınızı daim doğrultmağa çalışırıq!
RƏYLƏRİNİZ
RƏYLƏRİNİZ
Bu səhifədə, Mərkəzi Gömrük Hospitalına müraciətlə bağlı öz müsbət təcrübələrini bölüşməyi lazım bilmiş minnətdar pasiyentlərimizin rəyləri ilə tanış ola bilərsiniz.
Əli Əsgərov
29 Avqust 2025
Etibar Tağıyev
07 İyul 2025
Mən Etibar Tağıyev, 1966-cı il təvəllüdlü. May ayının 15-də sinəmdə kəskin ağrılar oldu. Məni Gömrük xəstəxanasına yönəltdilər. İlqar həkim məni anju etdi. Əməliyyat vaxtı 3 damarımın tutulduğu aşkar olundu. Açıq əməliyyat olunmalıdır dedilər və Kənan həkimə yönəltdilər. Sağolsunlar. Çox yaxşı, uğurlu əməliyyat oldu, hamısından çox razıyam. Gömrük xəstəxanasının bütün həkimlərinə minnətdaram, o cümlədən bütün personalın hamısına təşəkkürümü bildirirəm, hamısına çox minnətdaram.
Marina Şevçuk
10 İyun 2025
Günay Şükürzadə
Gömrükçü
17 Aprel 2025
“Mərkəzi Gömrük Hospitalında keçirdiyim əməliyyat və ümumi müalicə prosesi gözlədiyimdən də yüksək səviyyədə oldu. Həm həkimlərin diqqəti, həm də tibb heyətinin qayğısı sayəsində özümü tam güvənli əllərdə hiss etdim. Əməliyyatım uğurla baş tutdu və artıq sağlamlığımı geri qazanmışam. Xüsusilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Baş həkim Dr. Bəxtiyar Musayevə təşəkkür edirəm – onun rəhbərliyi altında yaradılan bu cür şəraitə görə, Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramovaya, Radiologiya şöbəsinin sonoloqu Günay Əhmədovaya və mənə tibbi xidmət göstərən bütün tibbi heyətinə dərin təşəkkürümü bildirirəm”.
Vüqar Hüseynov
11 Aprel 2025
Çingiz Abdullayev
xalq yazıçısı
27 Avqust 2024
Mehdi Əmiraslanov
23 İyun 2024
Mən, Mehdi Əmiraslanov həyat yoldaşımı İmişli rayonunun Cəfərli kəndindən Mərkəzi Gömrük Hospitalına kardioloji müayinəyə gətirmişdim. Həyat yoldaşımın vəziyyəti ağır idi, özünü pis hiss edirdi, sinəsində ağrılar var idi. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Samir Mustafayev həyat yoldaşımı Angioqrafiya müayinəsi etdi və müayinəyə əsasən bildirdi ki, yoldaşımın həyatı təhlükədədir və təcili açıq ürək əməliyyatı olunmalıdır.
Daha sonra uzman ürək-damar cərrahı Elməddin Əliyev yoldaşımı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində uğurla əməliyyat etdi. Bu gün bütün çətinliklər arxada qalıb. Mən fəxr edirəm ki, Azərbaycanda Mərkəzi Gömrük Hospitalı kimi tibb müəssisəsi var.
Mən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, kardioloq Samir Mustafayevə, ürək-damar cərrahı Elməddin Əliyevə və həyat yoldaşıma tibbi xidmət göstərən bütün personala dərin təşəkkürümü bildirirəm.
Arif Məmmədov
19 Sentyabr 2023
Mən və həyat yoldaşım Arif Məmmədov Mərkəzi Gömrük Hospitalının həkimi Kənan Əsədovdan çox razıyıq. O həm həkim kimi, həm də insan kimi ən gözəl, ən xoş sözlərə layiqdir. Müraciət etdiyimiz ilk gündən yoldaşıma xüsusi diqqət ayırdı, qayğı göstərdi. Qeyd edim ki, həyat yoldaşım ürək-damar xəstəsidir və həkimə gəldiyimiz zaman ürək ağrılarından əziyyət çəkirdi. Kənan həkimin şəfalı əlləri sayəsində cərrahi əməliyyat uğurla başa çatdı. Mən Kənan həkimə “qızıl barmaq” həkim deyərdim. Həqiqətən, bu barmaqların zərgər dəqiqliyi ilə gödüyü iş sayəsində yoldaşım indi həyatdadır. Biz ona bir daha təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq.
PROF. SAMİR CAVADZADƏ
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasının müdiri
10 Oktyabr 2021
Xəstəxanaya yerləşdirilməyə təcili ehtiyac var idi. Bir həkim olaraq xəstəxanaya getməli olduğumu və xəstəliyin gedişatını proqnozlaşdırmaq demək olar ki, mümkün olmamadığını başa düşdüm. Birmənalı olaraq Mərkəzi Gömrük Hospitalına üz tutdum, çünki orada mənə ən lazımlı və yüksək peşəkar yardım göstərə biləcəklərini bilirdim.
Deməliyəm ki, kiçik tibb işçilərindən tutmuş şöbələrdəki həkimlərə qədər bütün əlaqələrin və klinikanın bütün heyətinin işi ən yüksək səviyyədə qurulub. Xüsusilə bütün xəstələrə xeyirxah və səmimi münasibəti qeyd etmək istərdim. Reanimasiya bölməsi həmfikir insanlardan ibarət yaxşı bir koordinasiya qrupu olaraq çalışır və onlara gələn hər bir insan üçün mübarizə aparmaq şərəf məsələsidir.
30 ildən çox tibb sahəsində çalışan bir insan olaraq, bir insanın həyatı səndən asılı olanda bunun nə qədər çətin və məsuliyyətli olduğunu başa düşürəm. Mərkəzi Gömrük Hospitalın bütün işçilərinə fədakar əməyinə görə böyük minnətdarlıq hissi ilə təşəkkürümü bildirirəm.
YEGANƏ MƏMMƏDOVA
02 Oktyabr 2021
Uzun müddətdir ki, Mərkəzi Gömrük Hospitalının facebook səhifəsinin izləyicisiyəm. Hər gün faydalı məlumatlarınızdan, həkim məsləhətlərindən yararlanıram. Səhifənizi izləmək mənim üçün adi vərdişə çevrilib.
Təqdirəlayiq haldır ki, siz bu səhifədə tibbin bütün sahələrinə dair məlumatlar, faydalı məsləhətlər yerləşdirirsiniz.
Hospitalın peşəkar, zəngin təcrübəli həkimləri: Tamilla Əliyevanın, Mədinə Abdullayevanın, Ramin Rzayevin, Müseyib Əhmədovun və digərlərinin bu rubrikada verdiyi məsləhətlər məncə, hər kəs üçün çox maraqlı və faydalıdır. Hospitalınızın tanınmış həkimləri: Rəşad Mahmudov, Bəxtiyar Musayev, Mircəlal Kazımi və başqalarının uğurları barədə oxuyub qürur hissi duyuram. Nə yaxşı ki, Azərbaycanın da belə tanınmış, peşəkar həkimləri var.
COVİD-19 haqqında çox eşidirik. Amma hər dəfə sizin səhifədə bu barədə oxuyanda özüm üçün nə isə yeni bir şey kəşf edirəm.
LALƏ RƏCƏBOVA
02 Mart 2021
Men anam Huseynova Aide Balaxan qizinin Covid 19 xesteliyine yoluxmasi ve Merkezi Gomruk Hospitalinin hekimleri sayesinde sagalmasi haqqinda qisaca yazmaq isteyerdim. Fevral ayinin ilk gunleri idi. Anam ozunu narahat hiss edirdi. Muayineden kecdikden sonra onun xesteliye yoluxdugunu oyrendik. Bawladiq evde mualice etmeye. Anamin yuksen tezyiqi sekeri oldugu ucun etdiyimiz mualice anama eks tesir gosterdi. Ve get geda anam cox pislewdi. Anami Merkezi Gomruk Hospitalina yerlewdiremde anam cox pis veziyyetde idi. 2 hefte anam orda mualice aldi. Allahin ve hekimlerin sayesinde anami heyata qaytardilar. Man siza bu gunler erzinde neler yasadigimizi hec anlada bilmerem. Allah hec kimi caresiz etmesin.
Men baw hekim Elman doktor olmaqla Merkezi Gomruk Hospitalinin butun hekimlerine oz derin tesekkurumu bildirirem. Geca gunduz xestelere gosterdiyiniz sevgi qaygi ucun qarsinizda baw eyirem. Merkezi Gomruk Hospitalinin hekimleri var olasiniz. Sayenizde anam bizimledi. Allah haminizi qorusun🙏🏼cox sag olun Var olun🙏🏼🙏🏼🙏🏼
İLHAMƏ PƏRVİZ qızı ŞABANOVA
31 May 2020
Gömrük Hospitalı həqiqətən həm xidmət baxımdan, həm də həkim seçiminə görə digər xəstəxanalardan fərqlənir. Əməliyyat edən həkimin hər gün səni yoxlamağa gəlməyi, gəlməsə belə assistentləri tərəfindən hər gün xəstənin yoxlanması, Baş həkim tərəfindən hər gün nəzarət – bunların hamısı bir nömrədir. Əlavə olaraq tibb bacılarının səninlə hər tərəfli maraqlanması, bunu borc olaraq deyil, tam bir yaxınlıqla etmələri, dərmanlarınla, hər bir şeyinlə çox yaxından və hər bir dəqiqə yoxlanılması əla hissdir. Köməkçi personalı yaddan çıxartmaq olmaz. Onlar hər dəqiqə gəlib otağı təmizləyirlər, gigiyenik qaydalara əla fikir verirlər. Bu səbəblərə görə yaxşı ki, Gömrük Hospitalını seçmişəm.
BİLƏNDƏR YUSİF qızı ƏLİYEVA
08 May 2020
Hospital rəhbərliyinə, həkim ekibi, tibbi personala, təmizlikçi və xəstə baxıcılarına çox minnətaram. Xüsusi təşəkkürlər və minnətarlığım həkim Mircəlal Kazımiyə. Məni ailəmə, həyatımı isə mənə qaytardığı üçün.
MARAL SÜLEYMANOVA
01 Fevral 2020
Mən Süleymanova Maral, bu hospitalın istər laboratoriya, istər başqa xidmətlərindən demək olar ki, hospital fəaliyyətə başladığından istifadə edirəm. Laboratoriya nəticələri birə-bir Türkiyə və Moskva nəticələri ilə üst-üstə düşür, çox dəqiqliklə yoxlanır. Ona görədə laboratoriya
komandasına ayrıca təşəkkür edirəm. Bu gün olonoskopiya üçün müraciət etdim. Aynur xanıma başda olmaqla Atanbayeva Gulya, aneszezioloq Sevda xanıma, Əliyeva Şəhla, o qədərdiqqətlə və səbrlə yanaşdılar ki, bu rəyi yazmağı özümə borc bildim. Çox sağ olun ki, belə komandanız var. Sığorta şöbəsində çalışan xanımlar da çox gülərüz və diqqətlidirlər.
MƏHƏRRƏM ƏSƏDOV
AZƏRBAYCAN AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİNİN TEXNİKİ İDARƏSİNİN RƏİSİ
31 Mart 2019
Mən ilk dəfə “Gömrük” xəstəxanasında xəstələrə yüksək səviyyədə diqqətin və qayğının şahidi oldum.
Mən böyük minnətdarlıqla sağlamlığım üçün müraciət etdiyim savadlı, təcrübəli doktorlara və onları əhatə edən mehriban tibb bacılarına “çox sağ olun” deyirəm.
ŞÖLƏ RÜSTƏMOVA
07 Oktyabr 2019
Təşəkkür edirəm, Xəstə Xidmətlərinin qızlarına,
porterlərə, tibb bacısı Züleyxa və digər qızlara,
Rəşad doktorun gülərüzlülüyünə, köməkçisi
Könül xanıma
EMÇİYEV VƏFADAR
14 Noyabr 2019
Yaxşı həkim işini yaxşı görən peşəkar olmaqla yanaşı, həm də insanlara böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən məhz həkimin ümidverici münasibətidir.
Mərkəzi Gömrük Hospitalının həkim və xidmət personalının peşəkarlığı, onların yüksək tibbi bacarığı yüzlərlə insana sağlamlığını bəxş edib. Buna görə də başda Hospitalın baş həkimi Elman Məmmədov olmaqla, tanınmış həkimlər - Aynur Səfiyeva və Namiq Novruzova xüsusi minnətdarlığımı bildirirəm. Qardaşım Emçiyev Rəşadın bu gün həyatda qalmasında uca Tanrı və onların əvəzsiz xidməti danılmazdır
Sevinc Eminzadə
15 Sentyabr 2025
Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Sevinc Eminzadə, Övladımın adı isə Jalə Cəbrayılovadır. Jalə 6 aylıq olanda artıq bilindi ki, müəyyən qədər belində problemlər var. Və bunu görən kimi mən şəhərdə öz adından söz etmiş və kifayət qədər yaxşı mənada tanınmış reabilitoloq Səidə Kərimovaya, Gömrük Hospitalına müraciət etdim. Və burada Səidə xanımla məsləhətləşmələr zamanı müalicə planını hazırladıq və artıq 1 yaşından sonra müalicəyə başladıq. Artıq bir il yarımdır ki, biz Gömrük Hospitalına 3 aylıq aralıqlarla gəlirik. Məhz Səidə Kərimovanın dediyi kimi hər şeyi etdiyimizə görə də artıq nəticə əldə etmişik. Belə ki, ikinci dərəcəli skoliozdan nəticə dəyişib birinci dərəcəli skolioz olub. Bu kifayət qədər böyük bir yaxşılaşmadır. Bu nəticəyə görə mən Gömrük Hospitalının bütün kollektivinə və eyni zamanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, rəis müavini İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə və ən əsası reabilitoloq Səidə Kərimovaya minnətdaram. Düşünürəm ki, mənim övladımın bu cür dik dayanması artıq bütün bu kollektivin və ən əsası da Səidə xanım Kərimovanın uğurudur. Buna görə də minnətdaram.
Səfyar Abdullayev
29 Aprel 2025
Ləman Xəlilova
27 Fevral 2025
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, pasiyentlərə daim diqqəti və qayğısı ilə psixoloji dəstək verən, onların hər biri ilə ayrıca maraqlanan Mərkəzi Gömrük Hospitalının Baş həkimi doktor Bəxtiyar Musayevə və bütün tibb heyətinə təşəkkür edirəm.
Mən, gömrük xidməti əməkdaşı Xəlilova Ləman, artıq bir neçə gündür ki, Mərkəzi Gömrük Hospitalında pnevmoniya xəstəliyi ilə mübarizə aparıram. Bu müddət ərzində göstərilən yüksək keyfiyyətli tibbi yardım, diqqət və qayğı sayəsində vəziyyətim günbəgün yaxşılaşır.
İlk olaraq, yüksək hərarət, baş ağrıları və halsızlıq simptomları ilə müraciət etdiyim təcili yardım bölməsində mənə dərhal və peşəkar şəkildə müdaxilə edərək, vəziyyətimi düzgün qiymətləndirən və ilkin tibbi yardımı təmin edən Cavad həkimin əməyini xüsusilə vurğulamaq istəyirəm. Onun müvafiq diaqnostik və müalicə yanaşması, həkim peşəkarlığının yüksək səviyyədə olduğunu göstərdi.
Daha sonra, ilkin tibbi müdaxilənin və analizlərin nəticələrinə əsaslanaraq, mənə ağ ciyərlərdə pnevmoniya diaqnozunu təyin edən və dərhal Hospitalda müalicəyə başlamağıma qərar verən, eləcə də müalicə müddətində mənə xüsusi diqqət və qayğı ilə yanaşan, hərtərəfli və peşəkar yanaşması ilə ağır nəticələrin olmasını əngəlləyən doktor Xumar xanım Novruzovaya öz minnətdarlığımı bildirirəm.
Nazim Sultanov
07 Noyabr 2024
Seva İlyasova
16 Sentyabr 2024
Ahıl yaşlı (88) atama Təmənnasız göstərilən peşəkar yardım (ardıcıl olaraq 5 əməliyyat) və qayğıya görə Mərkəzi Gömrük Hospitalın Kardiologiya şöbəsinin direktoru qızıl əllərə sahib İLQAR HƏKİMƏ və onun komandasının hər bir üzvünə sonsuz minnətdarlığımı bildirirəm. Həkimlərin səyi, bacarığı və işlərinə sadiqliyi əvəzsizdir. Həkimlərdən böyük zəhmət, səbr və peşəkarlıq tələb edən mürəkkəb əməliyyatı yerinə yetirərək atamın həyatını xilas etdilər. Son kritik vəziyyətdə olan atama növbəti dəfə sahib çıxaraq göstərilən böyük köməyə, operativliyə, keyfiyyətli qüsursuz müalicəyə, xeyirxahlığa, tibbi etikaya və peşəkarlığa görə ailəmizin adından İlqar həkimə və zəhməti keçən hər bir tibbi personala öz dərin təşəkkürümüzü bildiririk. Həssaslıq, diqqət, anlayış, təbəssüm, xeyirxahlıq, çətin işlərindəki peşəkarlıqları, 7*24 bizimləl olaq saxlayaraq ürək-dirək, pozitivlik vermələri hər birimizdə gələcəyə ümid yaratdı.
Allah Sizə möhkəm can sağlığı, xeyirli uzun ömür, bütün sahələrdə arzularınıza çatmağı nəsib etsin! Haqqınızı halal edin!
Rafael Ağayev
Azərbaycan karateçisi
16 Aprel 2024
Sərvinaz Hüseynova
28 Mart 2024
Mən bir valideyn olaraq Sizə təşəkkür edirəm. Oğlum Hüseynli Raul Ramil oğlunu böyrək genişlənməsi diaqnozuna görə əvəzolunmaz uşaq cərrahı Vüsal Cəfərova müraciət etmişdik. Əlləri qızıl doktorumuz övladımı əməliyyat etdi. Çox şükür edirəm ki, Vüsal həkimi tanımışıq. Bu cür savadlı həkimləri Mərkəzi Gömrük Hospitalında görmək sevindirici haldır. Övladıma göstərdiyi diqqətli və məsuliyyətli yanaşmaya görə Dr.Vüsal Cəfərova, uzi həkimi Dr.Günay Əhmədovaya və Hospitalda oğlumun qaldığı müddətdə mehribancasına və səbrlə ona tibbi xidmət göstərən bütün tibb personalına təşəkkür edirəm.
Səyyaf Əsədov
22 Noyabr 2023
b.e.n. Ellada Hüseynova
31 Sentyabr 2023
Həkimlik cox incə bir sənətdir. İnsanların qaygısına qalmaq onların dərdləri ilə maraqlanmaq anında problemlərini həll etmək heçdə asant iş deyil. Ona görə də həkim olmaq üçün birinci növbədə insan olmalısan. Vicdanın olmalıdı. Hamı Tibb Unibersitetini bitirib diplom ala bilər amma əsl vicdanlı həkim olmaq hər kəsə nəsib olmur. Son vaxtlar həkimə getməyinə ona xəstəliyin haqda danışmagına peşman olursan. Çünki xəstə ilə danışıq və davranışları insanlıga uygun gəlmir. Nə isə... danışmaqla bitməyəcək.
Vəziyyət elə gətirdi ki mənim böyrəyimdəki ağrılar uzi həkimə getməyimə səbəb oldu. Yaxın rəfiqəm Mərkəzi Gömrük Hospitalında Günay Əhmədova sonoloqun yanına getməyimi məsləhət gördü. Özü də onu cox təriflədi. Dedi mən çox sonoloqların qəbulunda olmuşam bu xanım kimi dəqiqliklə baxan yoxdu. Saat 9-da Mərkəzi Gömrük Hospitalına divarda Ulu Öndərimizin Heydər Əliyevin "Həkim gərək yüksək mənəviyyata malik olsun" sözlərini oxuya-oxuya daxil oldum. Buranın təmizliyi, xidməti ürəkaçan idi. Xəstələr öz növbələrini monitorda görür və heç bir dava- dalaş olmadan həkimin qəbuluna daxil olurdu.
Mənim də növbəm monitorda görünəndə Günay Əhmədovanın qəbuluna düşdüm. Cavan gözəl bir xanımı görəndə ürəyimdə fikirləşdim ki, bu cavan qız necə baxacaq görəsən. Amma cox yanıldım. Dr.Günay Əhmədova o qədər savadlı o qədər dəqiqliklə müayinə etdi ki, öncəliklədə ki, gülərüzlüyü və insanlığı ilə məni heyran etdi. Su içməyimi və 1 saatdan sonra yenə də onun qəbuluma gəlməyimi xahiş etdi. Mən şokda idim. Məni məndən cox düşünürdü. Nə isə. Mən 1 saatdan sonra yenə onun qəbuluna gələndə qapının önündə insan əlində yer yox idi. Bir az utancaq olduğumdan heç kimin növbəsinə girmək istəmədim. Özü məni görən kimi çagırdı və xəstələrə dedi ki, bu xəstəyə yenidən baxmalıyam izn istədi. Mən şokda idim yəni belə həkimlərimiz var imiş... Cox sevindim. Allahımdan məhz Günay xanım kimi savadlı, qayğıkeş, insanpərvər, vicdanlı həkimlərimizin sayının cox olmasını istədim. Ümüd edirəm duam qəbul olar.
SƏXAVƏT HƏSƏNOV
25 Aprel 2021
Valideyinlərim covid 19 -dan Merkezi Gömrük Hospitalının həkimlərinin səyləri sayəsində sağalıblar. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Baş həkim Elman Məmmədova, Hospitalın həkimlərinə, tibbi heyyətinə və hər bir işçisinə ayrılıqda təşəkkür edirəm, dərin minnətdarlığımı bildirirəm.
E. A. BALIYEV
AZTU-NİN DOSENTİ
04 Fevral 2020
Hospitalın nəzdində fəaliyyət göstərən təcili yardım tibb bacılarına təşəkkürümü bildirirəm. Peşəkar həkimterapevt Nazilə Xəlilbəyovaya göstərdiyi xidmətlərinə görə minnətdarlığımı bildirirəm və bütün xəstələrə belə yanaşmaları Allah ona bəxş etsin. Xəstə Xidmətləri şöbəsinin işçilərinə daha diqqətli yanaşmalarına görə onlar təşəkkürümü bildirirəm.
CAHANGİR ŞƏRİFZADƏ
25 May 2021
Gömrük Hospitalı həqiqətən həm xidmət baxımdan, həm də həkim seçiminə görə digər xəstəxanalardan fərqlənir. Əməliyyat edən həkimin hər gün səni yoxlamağa gəlməyi, gəlməsə belə assistentləri tərəfindən hər gün xəstənin yoxlanması, Baş həkim tərəfindən hər gün nəzarət – bunların hamısı bir nömrədir. Əlavə olaraq tibb bacılarının səninlə hər tərəfli maraqlanması, bunu borc olaraq deyil, tam bir yaxınlıqla etmələri, dərmanlarınla, hər bir şeyinlə çox yaxından və hər bir dəqiqə yoxlanılması əla hissdir. Köməkçi personalı yaddan çıxartmaq olmaz. Onlar hər dəqiqə gəlib otağı təmizləyirlər, gigiyenik qaydalara əla fikir verirlər. Bu səbəblərə görə yaxşı ki, Gömrük Hospitalını seçmişəm.
SAHİBƏ QAFAROVA
MİLLİ MƏCLİSİN DEPUTATI
12 Yanvar 2019
Tam səmimiyyətlə deyə bilərəm ki, burada insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı, pasiyentlərə xoş rəftar və diqqət haqlı olaraq Mərkəzi Gömrük Hospitalı haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikalarından geri qalmır.
ZİBA TEYMURQIZI
19 Dekabr 2019
Mənim nəvəm Əlizadə Hüseynin əməliyyatına görə Vüsal Cəfərova 1-ci cərrahiyyə şöbəsinin bütün kollektivinə, o cümlədən tibb bacıları Nərmin, Samirə, Amalya, Sevinc xanıma öz işlərində göstərdikləri Sevgiyə və qayğıya görə
təşəkkür edirəm. Vüsal doktorun əllərindən öpürəm. Hər şeyə görə çox sağolun. Mühafizə işçilərinə də təşəkkür edirəm! Qaşıdan gələn yeni il münasibətilə Dövlət
Gömrük Komitəsi Mərkəzi Hospitalının bütün
həkim heyyətini təbrik edirəm!
TAHİR İBRAHİMOV
BAKI DÖVLƏT UNİVERSİTETİNİN EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSİNİN DOSENTİ
17 İyul 2019
“Mən Mərkəzi Gömrük Hospitalına gələndə ürək döyüntülərindən əziyyət çəkirdim. Ürəyimin fəaliyyəti demək olar ki, çox aşağı - 27%-ə enmişdi. Bu xəstəxanaya gələnə qədər başqa xəstəxanalarda da olmuşdum, amma mənə kömək edən olmamışdı.
Dr.Emin Hacıbalayevdən çox razıyam, mənə böyük köməyi dəydi. Hazırda ürəyimin fəaliyyəti 35-40%-dir. Onun peşəkarlığı, biliyi mənim ürəyimin fəaliyyətinin yaxşılaşmasına, həyatda yaşamağıma, normal həyata qayıtmağıma səbəb oldu.
Buradan çıxandan sonra müalicəmi həkimin məsləhəti ilə Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriyada davam etdirmək niyyətindəyəm. Mən xəstəxananın bütün kollektivinə, onların yüksək mədəniyyətinə, qayğıkeşliyinə, xəstələrə olan çox gözəl münasibətinə görə təşəkkür edirəm”.
XƏQANİ HƏSƏNOV
11 Dekabr 2019
Mən, Həsənov Xəqani Mikayıl oğlu sağ qasıq yırtığı diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına müraciət etdim. 10.01.2020-ci il tarixində Dr. Kamran Beydullayev tərəfindən əməliyyat olundum. Analizlərin verilməsi zamanı, əməliyyat zamanı və əməliyyatdan sonrakı vaxtda həkim və bütün tibb personalı tərəfindən yüksək qulluq və xəstə ilə çox gözəl davranış qaydası gördüm. Ona görə də həkim və bütün tibb personalına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Çox sevindim ki, Azərbaycanda belə tibb müəssisəsi var. Onu yaradanlara və belə yüksək səviyyədə saxlayıb işlətdiklərinə görə onlara sağ olsunlar deyirəm.