ELMİ SİMPOZİUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Qaraciyər transplantasiyasından sonra xəstələrin stasionar mərhələdə effektiv menecmenti və postoperativ dövrdə ağırlaşmaların qarşısının alınması sahəsində tibbi heyətin bilik və bacarıqlarını artırmaq, transplantasiya sahəsində ən son elmi və praktik təcrübələri müzakirə etmək

 

      VƏZİFƏLƏR

  • Qaraciyər transplantasiyası sonrası xəstələrin erkən postoperativ dövrdə idarə edilmə prinsipləri barədə mütəxəssislərarası müzakirənin həyata keçirilməsi
  • Müxtəlif mütəxəssislər arasında təcrübə mübadiləsi və multidissiplinar yanaşmanın təşviq edilməsi.


 

"Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi" mövzusunda Elmi Simpozium keçiriləcək

 

5 fevral 2026-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Qaraciyər transplantasiyasından sonra pasiyentlərin stasionarda təqibi" mövzusunda Elmi Simpozium həyata keçiriləcək.


Dövlət Gömrük Komitəsinin inzibati binasında həyata keçirilməsi planlaşdırılan Elmi Simpoziumda yüksəkixtisaslı mütəxəssislər tərəfindən “Qaraciyər transplantasiyasından sonra pasiyentlərin erkən menecmenti”, “Qaraciyər transplantasiyası sonrası pasiyentlərin stasionar monitorinqi”, “Əməliyyat otağından reanimasiya və intensiv terapiya şöbəsinə köçürülmə”, “Solid orqan transplantasiyası olan xəstələrdə səhiyyə xidməti ilə əlaqəli infeksiyalar və qarşısının alınması” və “Mən niyə donor olmalıyam?”  mövzularında ümumilikdə  5  məruzə dinləniləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Tədbir proqrama uyğun olaraq xüsusilə ümumi cərrah, transplantoloq, anestezioloq-reanimatoloq, infeksionist, hepatoloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.


Tədbirdə iştirak ödənişsizdir. 
Tədbirdə iştirak yalnız dəvətnamə əsasındadır.

5 FEVRAL 2026

AÇILIŞ NİTQİ

Şahin Bağırov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri

Dr. Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim

PANEL RƏHBƏRİ

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini,  t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı

MƏRUZƏÇİ

Hüseyn Camalov

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Hüquq şöbəsinin müdiri

Mircəlal Kazimi

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d.

Rəşad Nəsirli

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu, tibb xidməti kapitanı

Mədinə Abdullayeva

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti