16.03.2026
16 mart 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin Muğam Mərkəzində “Region gənclərinin narkomaniya ilə mübarizə üzrə II Forumu" keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri və pedaqoji heyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin tələbə, müəllim və şagird heyəti, gömrük əməkdaşları, səhiyyə və hüquq mühafizə işçiləri iştirak ediblər.

























