DƏYİRMİ MASANIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda Dəyirmi masa keçiriləcək.
29 dekabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda Dəyirmi masa həyata keçiriləcək.
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində həyata keçirilməsi planlaşdırılan Dəyirmi masada “Yeni növ narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, “Dövlət sərhədindən buraxılış məntəqələrində narkotiklərin qaçaqmalçılığı ilə mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Respublika Daxili İşlər orqanlarının təcrübəsi”, “Ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin epidemioloji vəziyyət və onun xüsusiyyətləri” və digər mövzularda təqdimatlar dinləniləcək.
Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəkildə həyata keçiriləcək.
Tədbir proqrama uyğun olaraq dövlət qurumlarının aparıcı mütəxəssisləri və media nümayəndələrinin iştirakı üçün nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak dəvətnamə əsasında həyata keçiriləcəkdir.
29 DEKABR 2025
AÇILIŞ NİTQİ
Güloğlan Muradlı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Musa Quliyev
AR Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü
Hicran Hüseynova
Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Rasim İsmayılov
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
İndira Hacıyeva
Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini
Zəkiyyə Mustafayeva
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini
Sədaqət Qəhrəmanova
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
MƏRUZƏÇİ
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı
Elmir Şirinov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin rəisi, gömrük xidməti polkovniki
Nadir Məmmədov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı
Tünzalə Qocayeva
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini
Vəfa Yaqublu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini
Təhminə Tağı-zadə
Azərbaycan Milli Antidoping Agentliyinin (AMADA) icraçı direktoru
Fəzayıl Sadıqov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru
İnarə Ağabalayeva
ATD-nin İdarə Heyətinin məsul katibi, Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının üzvü, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin həkimi
Cahandar Əlifzadə
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri
Bahadur Rzayev
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri
Zəhra Vəzirova
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini
Zəfər Əliyev
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru
Araz Əliquliyev
Medi-Art Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, həkim psixiatr-narkoloq
Mətanət Axundova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya" Publik Hüquqi Şəxsin direktoru
Sabinə Babazadə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru
Tanrıverdi Aydınov
AR Nazirlər Kabineti Yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi fəaliyyət göstərən işçi qrupunun rəhbər müavini