26.11.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

Skolioz necə müəyyən edilir?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      


Bu gün biz skoliozun müayinəsi haqqında danışacağıq. Keçən dəfə biz qeyd etmişdik ki, skoliozun erkən diaqnostikası çox vacibdir. Bu xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyi üçün erkən müayinə bir o qədər yaxşıdır. Bu xəstəliyi effektiv nəzarətdə saxlamağa və əməliyyatsız müalicə şansını yaradır.


Nəzərə almaq lazımdır ki, idiopatik skolioz erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü biruzə vermir. Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşağınızda onurğa ağrıları yaranarsa mütləq fizioterapevt müayinəsinə aparın.



Skoliozun müayinəsi fizikal vizual baxışdan başlayır. Bu müayinədə bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır. Bu valideynlər üçün faydalı məlumatlardır. Beləliklə, biz pasiyentimizdə kürək və bel nahiyəsinin sağ və sol tərəfini simmetrik olub olmamasını qiymətləndiririk. Nahiyədə aşağıda qeyd olunmuş məqamlara diqqət yetiririk: Çiyinlərin səviyyəsi və qabarması, bel xəttinin  və çanağın simmetrik olması. Bu müayinə zamanı qeyd edilmiş yerlədə assimetriya aşkar edilirsə, bu skoliozun əlamətləri ola bilər.


Sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və biz pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub olmamasına fikir veririk. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Qeyd etdiyimiz kimi fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir.



Vizual müayinədən sonra pasiyenti rentgenə göndəririk. Rentgen skoliozun dərəcəsini bizə göstərir. Eyni zamanda, rentgendə sümüklərin bağlanma zonalarını qiymətləndiririk.


Müayinədən sonra skolıozun dərəcəsi, pasiyentin yaşı və digər faktorlardan asılı olaraq müalicə planı hazırlanır. Növbəti rubrikamızda skoliozun müalicəsi haqqında danışacam. Bizimlə qalın.



“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​