MASTER-KLASSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda Master-klass keçiriləcək.
25 iyun 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Novartis şirkətinin dəstəyi ilə “Dislipidemiyada doğru yanaşma: həkim üçün praktiki bələdçi” mövzusunda Master-klass keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında saat 14:00-dan 18:00-dək davam etməsi planlaşdırılan master klassda Dr. Fuad Səmədov
İnci Klinikasının Baş həkimi “Dislipidemiyanın mövcud müalicəsinin effektivliyinin monitorinqi: klinik icmal” mövzusunda məruzə ilə çıxış edəcək və master klass zamanı qrup işləri və müzakirələr həyata keçiriləcək.
Tədbir proqrama uyğun olaraq kardioloq, kardiocərrah, endokrinoloq və terapevt ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
25 İYUN 2026
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Dr. Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
MƏRUZƏÇİ
Dr. Fuad Səmədov
İnci Klinikasının Baş həkimi