BEYNƏLXALQ ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək
8 may 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Masallı rayon İcra Hakimiyyəti, TƏBİB, “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyi və Ascent MMC şirkətinin dəstəyi ilə Masallı Rayon H.Əliyev Mərkəzində cənub regionunun (Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan rayonları və Şirvan şəhərinin) tibb işçiləri üçün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.
Konfrans zamanı Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatların edilməsi və ölkəmizdə çalışan həkimlərin beynəlxalq təcrübədən yararlanması üçün panel müzakirələrin təşkil olunması nəzərdə tutulub.
Proqrama uyğun olaraq konfrans mama-ginekoloq, neonatoloq, pediatr, kardioloq, həkim-laborant, radioloq, ürək-damar cərrahı, uşaq cərrahı, anestezioloq-reanimatoloq, uroloq, qastroenteroloq və nevropatoloq ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Elmi Konfransın akkreditasiyası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Konfransda iştirak ödənişsizdir.
Proqramla tanış olmaq üçün keçid:
Tədbirlə bağlı əlaqə: 051 232 66 64
08 MAY 2025
AÇILIŞ NİTQİ
Araz Əhmədov
Masallı rayon İcra Hakimiyyətinin Başçısı
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Araz Nəsirov
TƏBİB-in icraçı direktorunun müavini
MODERATOR
Prof. Dr. Leyla Rzaquliyeva
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan
Dr. Fidan İsrafil-Bəyli
Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya
Dr.Təranə Bayramova
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan
Prof. Dr. Məlahət Atasevər
Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, Qadın xəstəlikləri və doğum uzmanı, Türkiyə
Dr. Rüstəm Hüseynov
Səhiyyə Nazirliyinin neonatologiya üzrə mütəxəssis eksperti, əməkdar həkim, Azərbaycan
Dr. Azər Fərəc
Oksigen klinik Xəstəxanası Fetal Görüntüləmə Mərkəzinin rəhbəri, Azərbaycan
MƏRUZƏÇİ
Dr. Fidan İsrafil-Bəyli
Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya
Prof. Dr. Məlahət Atasevər
Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, Qadın xəstəlikləri və doğum uzmanı, Türkiyə
Dr. Təranə Bayramova
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan
Dr. Səbinə İbrahimova
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d., Azərbaycan
Prof. Dr. Leyla Rzaquliyeva
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan
Dr. Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim, Azərbaycan
Prof. Dr. Nihal Demirel
Ankara Yıldırım Beyazıt Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin professoru, Türkiyə
Prof. Dr. Oğuz Ateş
Dokuz Eylül Universiteti Tibb Fakultəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsinin professoru, Türkiyə
Dr. Təranə Göyüşova
Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu
Mərkəzi