BEYNƏLXALQ ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək
25 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Healthcare İnternational Qrupun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və TƏBİB-in dəstəyi ilə Sumqayıt şəhər H.Əliyev Mərkəzində “Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda Beynəlxalq Elmi Konfransın həyata keçirilməsi planlaşdırılır.
Konfrans zamanı Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdimatların edilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili məqsədilə müzakirələrin təşkil olunması nəzərdə tutulub.
Proqrama uyğun olaraq konfrans təcili tibbi yardım həkimi, anestezioloq-reanimatoloq, ümumi cərrah, ürək-damar cərrahı, uşaq cərrahı, uroloq, terapevt, kardioloq, nefroloq, infeksionist, endokrinoloq və pediatr ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunmuş və 7 DTT balı ilə qiymətləndirilmişdir.
Konfransda iştirak ödənişsizdir. Tədbirdə iştirak dəvətnamə əsasında həyata keçiriləcək.
Tədbirlə bağlı əlaqə: 051 232 66 64
25 OKTYABR 2025
AÇILIŞ NİTQİ
Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi
Əhliman Əmiraslanov
Milli Məclisin Səhiyyə Komitəsinin sədri
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Nelli Veysova
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri
Anar İsrafilov
TƏBİB-in icraçı direktorunun müavini
Yeganə Abbasova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri
Fariz Babayev
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti
MODERATOR
Dr. Bülent Ünal
Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı
Prof. Dr. Nuru Bayramov
ATU 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq
Dr. Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, transplantoloqu
Dr. Abuzər Dirican
Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı
Dr. Fariz Babayev
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq
MƏRUZƏÇİ
Mehriban Əliyeva
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru
Dr. Günay Abbasova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini
Dr. Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, transplantoloqu
Dr. Bəxtiyar Musayev
Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim
Dr. Xəyal Məmmədov
Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu
Dr. Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim, Azərbaycan
Dr. Abuzər Dirican
Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı
Dr. Kamran Beydullayev
Mərkəzi Gömrük Hospitalının ümumi cərrah, transplantoloqu
Dr. Bülent Ünal
Florence Nightingale Xəstəxanalar Qrupunun ümumi cərrahı
Dr. Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının infeksiosti
Dr. Zaur Əhmədov
Leyla Tibb Mərkəzinin uşaq nefroloqu
Dr. Mirməsim Məmmədov
Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, nefroloq
Dr. Şəbnəm Qədiməliyeva
Mərkəzi Gömrük Hospitalının nefroloqu