FORUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Orqan donorluğu və transplantasiyasının tibbi, hüquqi və etik aspektlərini kompleks şəkildə araşdıraraq bu sahədə mövcud elmi nailiyyətləri, aktual problemləri və gələcək perspektivləri təhlil etmək, meyitdən orqan transplantasiyası, beyin ölümünün təyini və donorluğun hüquqi çərçivəsi barədə maarifləndirməni artırmaq üçün tibb tələbələri arasında multidissiplinar müzakirə mühitinin formalaşdırılması;

 

      VƏZİFƏLƏR

  • Transplantologiyada "beyin ölümü diaqnozu" kriteriyalarının tibbi və hüquqi aspektlərinin müəyyənləşdirilməsinin əhəmiyyətinin vurğulanması;
  • Fərdlərin sağlığında donorluğa təşviq edilməsi və bunun sosial əhəmiyyəti barədə maariflənmənin həyata keçirilməsi;
  • Tibb tələbələrini donorluq və orqan transplantasiyası barədə səhiyyənin ən son yenilikləri ilə tanış edərək onların bilik və bacarqılarının artırılmasına nail olunması


 

"Tibb və hüquq prizmasından orqan transplantasiyası"  mövzusunda Tibb Tələbələrinin I Forumu keçiriləcək

 

24 yanvar 2026-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi   və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin və “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi  ilə "Tibb və hüquq prizmasından orqan transplantasiyası" mövzusunda Tibb Tələbələrinin I Forumu keçiriləcək.


Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Forumda “Meyitdən orqan transplantasiyası: Beyin ölümünün təyini kriteriyaları”, “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri”, “Həyatı hədiyyə verməyin gücü: Mən niyə donor olmalıyam?” və “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzularında yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 4 məruzə dinləniləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Tədbir proqrama uyğun olaraq tibb tələbələri üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir! 

24 YANVAR 2026

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Dr. Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim

MƏRUZƏÇİ

Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri

Mircəlal Kazimi

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d.

Mehriban Əliyeva

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru

Səyyarə Haqverdiyeva

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquqşunası