FORUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Könüllü gömrükçüləri sağlam həyat tərzi, psixi və fiziki sağlamlığın qorunması və zərərli vərdişlərlə mübarizə sahəsində maarifləndirmək, onların məlumatlılıq səviyyəsini yüksəltmək və gənclərdə sağlam davranış qaydalarının formalaşdırılmasına dəstək vermək.

 

      VƏZİFƏLƏR

  • Sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə komponentlərini gücləndirməklə risklərin azaldılmasına töhfə vermək.
  • Stressin idarə olunması, emosional dayanıqlığın gücləndirilməsi və gənc nəslin sağlamlığının qorunmasına dair praktik bacarıqların artırılmasını təmin etmək.


 

Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “III Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi”  Forumu həyata keçiriləcək

 

11 dekabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə “Könüllü Gömrükçü” dəstəsinin üzvləri üçün Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “III Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” Forumu keçiriləcək.


Mərkəzi Gömrük Hospitalının akt zalında baş tutacaq forumda “Narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, “Sağlamlıq və tütünçəkmə: Risklər, fəsadlar və profilaktika”, “Hərəkətin gücü: Fiziki aktivliyin sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasında rolu”, “Z-nəslinin psixi sağlamlığının qorunması: Stress menecmenti və emosional sabitlik “ və “Ulu öndərin könüllülük irsi – sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu”, mövzularında məruzələr dinləniləcək. Forum panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

 

Forumda iştirak ödənişsizdir. 
Forum yalnız Könüllü Gömrükçü dəstəsinin üzvləri üçün nəzərdə tutulmuşdur.

Şəkillərin linki: https://we.tl/t-eUENc9K3T8
 

11 DEKABR 2025

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi

Vüqar Əsgərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi

Dr. Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim, Azərbaycan

MƏRUZƏÇİ

İsmayıl Əfəndiyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Şəhla Mirzəzadə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi

Səbuhi Dadaşov

Mərkəzi Gömrük Hospitalının damar cərrahı

Səidə Kərimova

Mərkəzi Gömrük Hospitalının fizioterapevti

Gülay Məmmədzadə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı