XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib

  • 1.JPG
  • 2.JPG
  • 3.JPG
  • 4.JPG
  • 6.JPG
  • 8.JPG
  • 9.JPG

25 iyun 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edib. Nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, şəhidlərimizin qəhrəmanlığı və Müzəffər Ordumuzun qazandığı tarixi Qələbəni əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Zəfər ruhunu əks etdirən bu bölmədə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizənin hər mərhələsi sənədli materiallar, fotoşəkillər və tarixi eksponatlar vasitəsilə geniş təqdim olunub. 


Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağının ucaldılması anlarını və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın fotolarını əks etdirən ekspozisiyalar xüsusi maraq doğurub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin ali orden və medalları, Azərbaycan Konstitusiyası, Vətən müharibəsinə həsr olunmuş mükafatlar və dünyanın ən uca zirvələrində qürurla dalğalanan Dövlət Bayrağımız da nümayiş etdirilir.


Muzeyin bələdçisi nümayəndə heyətinə Dövlət Bayrağı Muzeyinin yaranma tarixi, fəaliyyəti və burada sərgilənən eksponatlarla bağlı ətraflı məlumat verib. Bildirilib ki, muzey 2010-cu ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan Respublikasının dövlət atributlarının – Dövlət Bayrağının, Gerbinin və Himninin, eləcə də ölkəmizin müstəqillik tarixi, dövlətçilik ənənələri və hərbi salnaməsinin geniş ictimaiyyətə təqdim olunumasıdır.


Tədbirin sonunda ziyarət proqramı çərçivəsində Dövlət Bayrağı Muzeyinin kino zalında “Azərbaycan Ordusu – Güc və Qürur Mənbəyimiz” adlı sənədli filmin nümayişi təşkil olunub. Film vasitəsilə ziyarətçilərə müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri və hərbi gücümüzün milli qürur mənbəyi kimi rolu əyani şəkildə təqdim edilib.