HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Salman Rzayev

təcili tibbi yardım həkimi

Təcili tibbi yardım xidməti vasitəsilə xilas etiyimiz hər bir insan həyatı – Qələbədir. 

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması; Xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.

Təhsil

  • 1999-2005

Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib.

  • 2005-2007

Rusiya Federasiyası Çelyabenski Dövlət Tibb Akademiyasında  anestezioloq- reanimatoloq ixtisası üzrə Klinik Ordinatura

Təcrübə və Bacarıqlar

  • 2007-2008 N saylı Hərbi hissədə həkim kimi çalışıb. 

  • 2009-2011 Mərkəzi Gömrük Hospitalı Təcili yardım həkimi 

  • 2011-2018 Müxtəlif özəl tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. 

  • 2019-cu ildən Mərkızi Gömrük Hospitalında təcili yardım həkimi kimi çalışır.


Lisenziyalar və Sertifikatlar

 

  • 2010 Amerika-Avstriya Fondu tərəfindən  təşkil edilmiş “Pediatrik reanimasiya və intensiv terapiya” mövzusunda təlim. Avstriya, Zalsburq şəhəri.

  • 2017 Amerika-Avstriya Fondu tərəfindən  təşkil edilmiş “Anesteziya və İntensiv Terapiya” təlimi. Avstriya, Zalsburq şəhəri.