HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Racu Nəbiyev

təcili yardım həkimi

Özünü başqalarına ilk  tibbi xidmət göstərməyə  həsr etmək böyük xoşbəxtlikdir.

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması; Xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.

Təhsil

  • 2003-2010

Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsi

  • 2010-2011

Mərkəzi Klinik Xəstəxanasında anestezioloq-reanimatoloq ixtisası üzrə internatura 

 

 

Təcrübə və Bacarıqlar

  • 2011-2013.  "N" saylı hərbi hissədə Tibb məntəqəsinin rəisi.

  • 2013-2019. Müxtəlif dövlət və özəl tibb müəssisələrində anestezioloq-
    reanimatoloq kimi çalışıb. 

  • 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında Təcili Yardım şöbəsinin həkimi kimi fəaliyyət göstərir.

Nailiyyətlər və Üstünlüklər

 

  • Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təcili yardım həkimi, tibb xidməti leytenantı Racu Nəbiyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 24 iyun 2021-ci il tarixində “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Lisenziyalar və Sertifikatlar

 

  • 2015 Amerika Ürək Assosiasiyasının ACLS-Təkmil Kardiovaskulyar Həyata Dəstək təlimi. Azərbaycan, Bakı şəhəri.

  • 2018 Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində anesteziologiya-renimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq icazəsi verilib. Azərbaycan, Bakı şəhəri.