HƏKİMLƏRİMİZ
Nəzrin Əsgərova
mama-ginekoloq
Sağlam qadın cəmiyyətə sağlam körpələr bəxş edən anadır. Biz ginekoloqlar hər zaman anaların sağlamlığının keşiyindəyik.
Fəaliyyət sahəsi: Normal və riskli hamiləlik təqibi, normal doğuş və keysəriyyə, sonsuzluğun konservativ və cərrahi müalicəsi, uşaqlıq boynu patologiyalarının müayinə və müalicəsi, açıq və laparoskopik ginekoloji əməliyyatlar, histeroskopik əməliyyatlar, yumurtalıqların polikistik sindromu və endometriozun müalicəsi.
Təhsil
2007-2013
Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi.
2013-2018
Azərbaycan Tibb Universitetinin II mama-ginekologiya kafedrasında rezidentura təhsili.
Azərbaycan Tibb Universiteti, II mama-ginekologiya kafedrasında doktorantura təhsili.
Təcrübə və Bacarıqlar
Lisenziyalar və Sertifikatlar
2019 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Onkoginekologiyada müasir aspektlər” konfransı. Azərbaycan, Bakı şəhəri.
2020 Azərbaycan Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Mamalıq və Ginekologiya üzrə III Beynəlxalq Konqres. Azərbaycan, Bakı şəhəri.
2021 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Reproduktiv sağlamlıq və operativ ginekologiya” mövzusunda seminar. Azərbaycan, Bakı şəhəri.
2021 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Döldəki qüsurların prenatal diaqnostikası və bətndaxili invaziv müdaxilələr” mövzusunda təlim. Azərbaycan, Bakı şəhəri.
2022 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “COVİD-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans. Azərbaycan, Bakı şəhəri.
2022 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “Hamiləlikdə genital və ekstragenital xəstəliklər” mövzusunda beynəlxalq elmi konqres. Azərbaycan, Bakı şəhəri.