XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının xidmətdə yüksək nailiyyətlər əldə edən əməkdaşları təltif olunublar

12 may 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətlərə görə Tibbi Xidmət İdarəsinin əməkdaşlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilən təltiflər təqdim edilib.


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Fəxri fərman, Gömrük orqanlarında xidmətə görə 2-ci və 3-cü dərəcəli döş nişanları ilə təltif olunan, təşəkkür elan edilən əməkdaşları təbrik edib, onlara döş nişanlarını təqdim edib. İdarə rəisi Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə əlamətdar tarixdə təltif olunmağın xüsusi əhəmiyyətli olduğunu qeyd edib və təltif olunanlara gələcəkdə yeni-yeni uğurlar qazanmağı arzulayıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova təltif olunanlar adından Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova təşəkkürünü bildirib. 


Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Dr.Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova və Mərkəzi Gömrük Hospitalının həkim-rentgenoloqu Natalya Astraxanseva Azərbaycan Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunublar.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim cərrahı Kamran Beydullayevə, Maliyyə şöbəsinin böyük inspektoru Larisa Abramovaya, Təcili Yardım şöbəsinin tibb bacısı Sevda Abdullayevaya, Texniki-Təsərrüfat şöbəsinin mütəxəssisi Vəfa Sultanovaya Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkür elan edilib. 


Mərkəzi Gömrük Hospitalının Texniki-Təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov Gömrük orqanlarında xidmətə görə

2-ci dərəcəli döş nişanı ilə, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova, Xəstə Xidmətləri şöbəsinin mütəxəssisi Rəna Hacıyeva, tibb qeydiyyatçısı Nərmin Mehdiyeva, tibb qeydiyyatçısı Sevinc Bayramova, Laboratoriya şöbəsinin həkim laborantı Nərmin Mehdiyeva, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Sevda Rəsulova, Neonatologiya şöbəsinin tibb bacısı Səbinə Səfərova və Cərrahiyyə şöbəsinin tibb bacısı Günel Əhmədova Gömrük orqanlarında xidmətə görə 3-ci dərəcəli döş nişanı ilə təltif olunublar. Mərkəzi Gömrük Hospitalının 4 əməkdaşına növbəti xüsusi rütbə verilib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.