XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalının nümayəndələri ÜST-ün ekspertləri ilə görüşüb

Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə müavini Bəxtiyar Musayev, Hospitalın anestezioloq-reanimatoloqu Xəyal Məmmədov və Elmi-Təcrübi Tədris mütəxəssisi Şəhla Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının missiyası çərçivəsində Ukraynadan  ölkəyə gəlmiş  risk kommunikasiyası üzrə mütəxəssis Anna Borshchevska və ÜST-nin yerli ofisinin kommunikasiya mütəxəssisi Fənarə Bünyadzadə ilə görüşüb. 


Görüş zamanı ilk növbədə ÜST-nin bu missiyasının ölkədəki mövcud vəziyyətin qiymətləndirilməsi və risk kommunikasiyası baxımından müvafiq tövsiyyələrin verilməsi məqsədini daşıdığı bildirildi. Daha sonra Hospitalın müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Hospitalın pandemiya xəstəxanası kimi dünya təcrübəsinə əsaslanaraq fəaliyyət göstərdiyini vurğuladı.


Anestezioloq reanimatoloq Xəyal Məmmədov  müalicə işinin sübutlu təbabət prinsipləri əsasında beynəlxalq protokollara uyğun təşkil olunduğunu bildirdi. Görüş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası çərçivəsində Ukraynadan ölkəyə gəlmiş risk kommunikasiyası üzrə mütəxəssis Anna Borshchevskanın koronavirus pandemiyası ilə bağlı gələcək bir neçə ay üçün nəzərdə tutulmuş fəaliyyətlər barədə Hospitalın nümayəndələri ilə keçirdiyi fikir mübadiləsi ilə yekunlaşdırıldı. 


Sonda xatirə fotosu çəkildi.