XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbər şəxsləri 20 Yanvar- Memorial Abidə Kompleksini ziyarət ediblər.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının əməkdaşları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsinə ucaldılmış 20 Yanvar- Memorial Abidə Kompleksini ziyarət ediblər. 


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və nümayəndə heyəti 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış 20 Yanvar- Memorial Abidə Kompleksinin önünə tər qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsini hörmət və ehtiramla yad ediblər. 


1990-cı il 20 Yanvar hadisələri zamanı keçmiş sovet ordusunun hərbi hissələri Bakıda öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu terror Azərbaycan xalqına qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət idi. Həmin gecə yüzlərlə gəncin arzuları puç oldu, heç kimə rəhm edilmədi, uşaqlar, yaşlı insanlar qanlarına qəltan edildi. Onlar Vətən, torpaq uğrunda canlarından keçdilər, ölümsüzlüyə qovuşdular, şəhidlik zirvəsinə ucaldılar.


Qeyd edək ki, 20 Yanvar- Memorial Abidə Kompleksi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə inşa edilmişdir. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan bu abidə-kompleksi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş faciənin qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılmışdır.


Abidə kompleksinin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunmuşdur.